Vakansiya: Satış Təmsilçisi
İş şəraiti:
- İş yeri: Tarqovu filialı – mağaza şəbəkəsi;
- Əmək haqqı: 600 AZN + bonus;
- İş qrafiki: Növbəli iş rejimi, gündə 9 saat;
- İş vaxtı: Növbələr bölünür, iş vaxtının ən gec bitmə saatı gecə 12:00-dır;
- Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi ilə işə qəbul.
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar barədə məlumat vermək.;
- Satış prosesini həyata keçirmək və müəyyən edilmiş satış hədəflərinə nail olmaq;
- Mağazada məhsulların düzgün yerləşdirilməsinə, səliqəyə və müştəri xidmətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək.
Namizədə tələblər:
- Xanım namizədə üstünlük verilir;
- Satış sahəsində iş təcrübəsi mütləqdir;
- Rus və ya ingilis dilini orta səviyyədə bilmək;
- Müştərilərlə düzgün və effektiv ünsiyyət qurmaq bacarığı;
- Satış yönümlü və nəticə fokuslu olmaq;
- Gülərüz, nəzakətli və məsuliyyətli olmaq;
- Komandada işləmək bacarığı;
- Növbəli iş qrafikində işləməyə uyğun olmaq.
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.