Vakansiya: Satış meneceri
Şirkət: MyCoach Training & Consulting
Vəzifə haqqında:
MyCoach Training & Consulting komandası şirkətin xidmətləri ilə maraqlanan potensial müştərilərlə peşəkar ünsiyyət quracaq, onların ehtiyaclarını düzgün müəyyən edəcək və müraciətləri uğurlu satış nəticəsinə çevirə biləcək *Satış Meneceri* axtarır.
Bu vəzifədə əsas məqsəd müştəri ilə etibarlı münasibət qurmaq, xidmətləri düzgün və inandırıcı şəkildə təqdim etmək, sual və etirazları peşəkar şəkildə idarə etmək və satış prosesini nəticəyə çatdırmaqdır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, ADAS Plaza, Süleyman Sani Axundov küçəsi;
- İş qrafiki: Həftədə 6 iş günü;
- İstirahət günü: Bazar günü;
- Əmək haqqı: 1500 AZN + bonus;
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Əsas vəzifələr:
- Şirkətin xidmətləri ilə maraqlanan potensial müştərilərlə telefon, onlayn və üzbəüz ünsiyyət qurmaq;
- Daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq və sistemli şəkildə idarə etmək;
- Müştərilərin ehtiyac və gözləntilərini düzgün müəyyənləşdirmək;
- Şirkətin xidmətləri haqqında ətraflı, aydın və inandırıcı məlumat təqdim etmək;
- Potensial müştərilərlə etibarlı və peşəkar münasibət qurmaq;
- Müştərilərin suallarını və etirazlarını düzgün idarə etmək;
- Potensial müştərilərlə müntəzəm follow-up aparmaq;
- Satış prosesini ilkin müraciətdən yekun razılaşmaya qədər idarə etmək;
- Müştərinin qərarvermə prosesini düzgün istiqamətləndirmək və satışı nəticəyə çatdırmaq;
- Daxil olan müraciətlərin satışa çevrilmə göstəricisini artırmaq;
- Müştəri məlumatlarını və satış mərhələlərini CRM sistemində düzgün qeyd etmək;
- Müəyyən edilmiş aylıq satış hədəflərinə uyğun fəaliyyət göstərmək;
- Satış nəticələrini təhlil etmək və nəticələrin artırılması üçün təşəbbüslər irəli sürmək;
- Satış tamamlandıqdan sonra müştərini şirkətin müvafiq əməkdaşlarına yönləndirmək;
- Şirkəti müştərilər qarşısında peşəkar şəkildə təmsil etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Satış, xidmət satışı, müştəri münasibətləri və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Xidmət satışında praktiki təcrübə üstünlükdür;
- Daxil olan müraciətlərlə işləmək və onları satışa çevirmək bacarığı;
- Güclü kommunikasiya və aktiv dinləmə bacarığı;
- Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək qabiliyyəti;
- Güclü təqdimat və inandırma bacarığı;
- Konsultativ satış yanaşmasını tətbiq etmək bacarığı;
- Etirazların idarə olunması və satışın bağlanması üzrə praktiki təcrübə;
- Müştəri ilə qısa müddətdə etibar yaratmaq bacarığı;
- Sistemli follow-up aparmaq və potensial müştərini satış prosesində saxlamaq bacarığı;
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli yanaşma;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus dili biliyi mütləqdir;
- İngilis dili biliyi üstünlükdür;
- CRM sistemləri, Google Workspace və Microsoft Office proqramlarında işləmək bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.