Ana Səhifə / Vakansiyalar / Satış meneceri

Satış meneceri

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı • Bakı

Tamştat 💰 Gündəlik minimum 40 AZN net. Satış nəticələrindən 📅 Təcrübə: İş təcrübəsi mütləqdir 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Azərbaycan Diplomatiya Mərkəzi (ADM) beynəlxalq forum, təlim və layihələrin satışını həyata keçirəcək, güclü ünsiyyət və təqdimat bacarıqlarına malik Satış meneceri axtarır.

İş şəraiti:

  • Namizəd aşağıdakı iş rejimlərindən birini seçə bilər:

I seçim — Həftəiçi

Bazar ertəsi–Cümə, 10:00–19:00

II seçim — Həftəsonu

Şənbə və bazar, 11:00–20:00

  • Xidmət haqqı: Gündəlik minimum 40 AZN net. Satış nəticələrindən asılı olaraq gündəlik qazanc 40–100 AZN aralığında dəyişir. Yüksək nəticələrə görə əlavə bonuslar nəzərdə tutulur.

Əsas vəzifələr:

  • ADM-in beynəlxalq forum, təlim və digər layihələrinin satışını həyata keçirmək;
  • Potensial iştirakçılarla telefon və digər kommunikasiya vasitələri ilə əlaqə saxlamaq;
  • Müştərilərə layihələr barədə dolğun məlumat vermək;
  • Satış planının icrasını təmin etmək;
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;
  • Gündəlik fəaliyyət və satış nəticələri üzrə hesabat hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində iş təcrübəsi;
  • Azərbaycan dilində səlis nitq, düzgün diksiya və yüksək ünsiyyət bacarığı;
  • Güclü təqdimat və satış bacarıqları;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Komandada işləmək bacarığı;
  • Rus və ingilis dili bilikləri üstünlükdür.

Təklif olunan imkanlar:

  • Peşəkar və dinamik iş mühiti;
  • Satış və kommunikasiya bacarıqlarının inkişafı;
  • Beynəlxalq layihələrdə iştirak imkanı;
  • Karyera və peşəkar inkişaf perspektivi;
  • Təcrübəli komanda ilə işləmək imkanı.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə info@adm.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Diplomatiya Mərkəzi — gələcəyin liderlərinin yetişdirilməsi missiyasının bir hissəsi olun.

Şirkət Haqqında
E-poçt
diplomatiyamarkazi@gmail.com

Azərbaycan Diplomatiya Mərkəzi beynəlxalq əməkdaşlıq, diplomatik əlaqələrin inkişafı, strateji layihələrin idarə olunması və qlobal təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu platformadır.

Müraciət Et
Məlumat

Yayımlanma: 11 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar