Ana Səhifə / Vakansiyalar / Satış meneceri
M

Satış meneceri

MyCoach Training & Consulting

Bakı • Bakı

Tamştat 💰 Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol 📅 Təcrübə: Min. 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Satış meneceri

Şirkət: MyCoach Training & Consulting

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, ADAS Plaza, Süleyman Sani Axundov küçəsi;
  • İş qrafiki: Həftədə 6 iş günü;
  • İstirahət günü: Bazar günü;
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.

Əsas vəzifələr:

  • Şirkətin xidmətlərinin satış prosesini təşkil və idarə etmək;
  • Potensial müştərilərlə satış görüşləri keçirmək və onların ehtiyaclarını təhlil etmək;
  • Satış prosesini ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə etmək;
  • CRM sistemində müştəri bazasını və satış mərhələlərini düzgün idarə etmək;
  • Müştərilərlə izləmə prosesini planlı və davamlı şəkildə həyata keçirmək;
  • Yeni tərəfdaşlıqlar qurmaq və mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək;
  • Tərəfdaşlarla görüşlər keçirmək və şirkəti peşəkar şəkildə təmsil etmək;
  • Kommersiya təklifləri və təqdimatlar hazırlamaq;
  • Satış nəticələrini təhlil etmək və inkişaf üzrə təkliflər təqdim etmək;
  • Şirkətin müəyyən etdiyi satış hədəflərinə nail olunmasına töhfə vermək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Satış, biznesin inkişafı və ya müştəri münasibətlərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
  • B2B və B2C satış sahəsində uğurlu iş təcrübəsi;
  • Konsultativ satış, təqdimat, danışıqların aparılması və etirazların idarə olunması üzrə praktik bacarıqlar;
  • Güclü ünsiyyət, inandırma və uzunmüddətli işgüzar münasibətlər qurmaq bacarığı;
  • CRM sistemləri, Google Workspace və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Təhsil və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə info@office-mycoach.com elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
kerimovismailcoaching@gmail.com
Telefon
+994 55 634 73 67


Müraciət Et
Məlumat

Yayımlanma: 6 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar