Aktiv vakansiya | Satış direktoru
Şirkət: Superfon
İş şəraiti:
- İş ünvanı: Aşıq Molla Cümə küçəsi 44B;
- İş qrafiki: 09:00 – 18:00;
- İş rejimi: Həftədə 6 iş günü;
- Əmək haqqı: Əmək bazarına uyğun rəqabətli əmək haqqı + motivasiya sistemi.
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Aylıq, rüblük və illik satış planlarını və KPI göstəricilərini formalaşdırmaq;
- Satış nəticələrini təhlil etmək və performans göstəricilərinə nəzarət etmək;
- Topdan və pərakəndə satış kanallarının inkişafını və effektiv idarə olunmasını təmin etmək;
- Yeni müştərilərin və biznes imkanlarının yaradılmasına rəhbərlik etmək;
- Mövcud müştəri portfelinin inkişafını təmin etmək;
- Bazar və rəqabət mühitini təhlil edərək satışların artırılması üzrə strategiyalar hazırlamaq;
- Satış komandasını idarə etmək və komandanın performansına nəzarət etmək;
- Satış və kommersiya göstəriciləri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Satış və kommersiya sahəsində minimum 7 il iş təcrübəsi;
- Ən azı 4 il rəhbər vəzifədə iş təcrübəsi;
- Topdan və pərakəndə satış kanallarının idarə olunması üzrə praktiki təcrübə;
- Satış strategiyası, planlaşdırma, büdcələmə və KPI idarəetməsi üzrə biliklər;
- Güclü liderlik, strateji düşüncə və qərarvermə bacarığı;
- Danışıqlar aparmaq və komanda idarə etmək bacarığı;
- MS Office, ERP sistemləri və biznes analitika alətləri üzrə biliklər;
- Azərbaycan dilini səlis bilmək;
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
Təminatlar:
- Rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Direktoru” qeyd etməklə hr@superfon.az elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə üçün: 0512058862