Vakansiya: Satınalma üzrə mütəxəssis
Şirkət: Faber Construction tikinti şirkəti
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi, 2-ci bina;
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–17:00; 6-cı gün qısa iş saatı;
- Əmək haqqı: 1500–2000 AZN;
- Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi.
Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyaclarına uyğun məhsul və xidmətlərin satınalınmasını həyata keçirmək;
- Təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
- Qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Təchizatçılarla danışıqların aparılması və sərfəli şərtlərin əldə edilməsi;
- Satınalma sifarişlərinin və müvafiq sənədlərin hazırlanması;
- Sifarişlərin vaxtında çatdırılmasını və prosesin icrasını izləmək;
- Satınalma xərclərinə nəzarət etmək;
- Təchizatçılarla işgüzar münasibətlərin qurulması və davam etdirilməsi.
Namizədə tələblər:
- Satınalma və təchizat sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Tikinti sektorunda satınalma təcrübəsi üstünlükdür;
- Təchizatçı bazarı və məhsullar haqqında məlumatlı olmaq;
- Danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı;
- MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;
- Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
Müraciət qaydası:
CV-nizi afgan.isgandarli@faberconstruction.info elektron poçt ünvanına göndərə bilərsiniz.
Rəsmi veb-sayt: www.faber.az