Ana Səhifə / Vakansiyalar / Satıcı- Kassir

Satıcı- Kassir

Xırman MMC

Bakı • Bakı

Tamştat 💰 450–550 AZN + satış bonusları 📅 Təcrübə: İş təcrübəsi vacib deyil 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Satıcı-kassir

Qaymaq mağazalar şəbəkəsinin Badamdar filialına satıcı-kassir vəzifəsi üzrə xanım əməkdaşlar tələb olunur.

İş şəraiti:

  • Əmək haqqı: 450–550 AZN + satış bonusları;
  • İş qrafiki: Növbəli iş rejimi;
  • İş saatı: 15:00–22:00;
  • İş yeri: Badamdar filialı.

Vəzifə öhdəlikləri:

  • Müştəriləri gülərüz qarşılamaq və məhsullar haqqında ətraflı məlumat vermək;
  • Müştərilərin suallarını cavablandırmaq və məhsul seçimində köməklik göstərmək;
  • Müştərilərə yüksək səviyyəli xidmət göstərmək;
  • Məhsulları təqdim etmək, çəkmək və satış prosesini həyata keçirmək;
  • Kassa aparatı ilə işləmək və müştəriyə çek təqdim etmək;
  • Məhsulların vitrinlərdə düzgün və səliqəli yerləşdirilməsini təmin etmək;
  • Qiymət etiketlərinin məhsulların üzərində düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Məhsulların son istifadə tarixlərini və keyfiyyət göstəricilərini yoxlamaq;
  • Mal qalığını izləmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Məhsul kodlarını düzgün oxutmaq və qiymətlərin düzgünlüyünü yoxlamaq.

Namizədə tələblər:

  • Yaş həddi: 18–35;
  • Xanım namizədlər;
  • Tələbə olmayan namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
  • Rus dili biliyi arzuolunandır;
  • Müştərilərlə nəzakətli və gülərüz ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli, çevik, diqqətli və komandada işləmə bacarığı.

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satıcı-kassir” qeyd etməklə ayten.rehimli@xirman.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055 253 13 60

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+994552931339

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 6 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar