Ana Səhifə / Vakansiyalar / MEP üzrə Layihə Rəhbəri

MEP üzrə Layihə Rəhbəri

Faber Construction MMC

Bakı

Tamştat 💰 2000 AZN+ 📅 Təcrübə: 5 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
İş Təsviri

🏗️ MEP üzrə Layihə Rəhbəri

🏢 Şirkət: Faber Construction MMC

📌 İş şəraiti:

  • İş qrafiki: 6 günlük; iş saatları:09:30-17:30;
  • Əmək haqqı: 2000 AZN+ (təcrübə və bilik səviyyəsinə uyğun olaraq müəyyən edilir); 
  • İş yeri: Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi.

📌 Vəzifə öhdəlikləri: 

  • MEP (Mechanical, Electrical, Plumbing) və tikinti layihələrinin idarə olunması və koordinasiyası;
  • HVAC, havalandırma, elektrik, santexnika və əlaqəli sistemlər üzrə layihələrin hazırlanmasına və icrasına nəzarət; 
  • Layihə çertyojlarının, shop drawing və as-built sənədlərinin yoxlanılması və təsdiqi; 
  • Layihələrin texniki norma və standartlara (ASHRAE, NFPA, IEC, EN və s.) uyğunluğunun təmin edilməsi; 
  • Sahədə montaj və icra işlərinə layihəyə uyğun nəzarətin həyata keçirilməsi; 
  • Arxitektor, konstruktor, podratçı və sifarişçilərlə texniki koordinasiyanın aparılması;
  • Komandanın idarə olunması, texniki qərarların verilməsi və layihə proseslərinin yönləndirilməsi; 
  • Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

📌 Namizədə tələblər:

  • İnşaat, mexanika, elektrik və ya MEP sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • MEP layihələndirmə və layihə idarəetməsi üzrə praktik bilik və təcrübə;
  • AutoCAD, Revit MEP proqramlarında sərbəst işləmə bacarığı; 
  • HVAC yük hesablamaları, elektrik yükü və mühəndis hesablamaları üzrə biliklər;
  • Texniki çizimlərin oxunması və hazırlanması bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları; 
  • Komanda ilə işləmək, koordinasiya və təşkilatçılıq qabiliyyəti;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək.

📩 Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “MEP üzrə Layihə Rəhbəri” qeyd etməklə aşağıdakı mail ünvanına göndərə bilərsiniz: afgan.isgandarli@faberconstruction.info 📲 Əlaqə (Whatsapp): 010-382-80-21

Müraciət Et
Məlumat

Yayımlanma: 29 aprel 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar