Ana Səhifə / Vakansiyalar / KORPORATİV SATIŞ MENECERİ

KORPORATİV SATIŞ MENECERİ

HumanPro

Bakı • Bakı

Tamştat 💰 2000+BONUS 📅 Təcrübə: 3-5 İL 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
Cins Tələbi
Qadın
İş Təsviri

VAKANSİYA | KORPORATİV SATIŞ MENECERİ

Təmir və tikinti sahəsində fəaliyyət göstərən şirkət komandasına Korporativ satış meneceri axtarır.

İş şəraiti:

• Əməkhaqqı: 2 000 AZN + bonus
• İş qrafiki: həftədə 6 gün, saat 10:00–18:00
• İş yeri: Bakı–Şamaxı şosesi, 14-cü km
• Nahar şirkət tərəfindən təmin edilir
• Korporativ mobil nömrə təqdim olunur
• Korporativ geyim şirkət tərəfindən təmin edilir

Vəzifə öhdəlikləri:

• Potensial korporativ müştəriləri araşdırmaq və yeni müştərilər cəlb etmək
• Şirkətlərlə əlaqə qurmaq, işgüzar görüşlər keçirmək və təmir-tikinti xidmətlərini təqdim etmək
• Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətlər təklif etmək
• Texniki komanda ilə birlikdə kommersiya təkliflərinin və qiymət hesablamalarının hazırlanmasını koordinasiya etmək
• Qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq, müqavilələrin bağlanması prosesini izləmək
• Mövcud müştərilərlə davamlı əməkdaşlığı qorumaq və təkrar satış imkanlarını inkişaf etdirmək
• Müştəri ilə texniki komanda arasında koordinasiyanı təmin etmək
• Satış planını yerinə yetirmək, görüşlər və satış nəticələri üzrə hesabat təqdim etmək

Namizədə tələblər:

• Korporativ satış və ya B2B müştərilərlə iş təcrübəsi
• Təmir, tikinti, interyer və ya tikinti materialları sahəsində satış təcrübəsi üstünlükdür
• Yeni müştəri cəlb etmək, təqdimat və danışıqlar aparmaq bacarığı
• Müştəri ehtiyaclarını təhlil etmək və uyğun kommersiya təklifi hazırlamaq bacarığı
• Kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı
• Azərbaycan dilində səlis ünsiyyət; rus dili biliyi üstünlükdür
• MS Office proqramlarından istifadə bacarığı; CRM təcrübəsi üstünlükdür
• Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük

Müraciət qaydası:

CV-nizi e-mailin mövzu hissəsində “KORPORATİV SATIŞ MENECERİ” qeyd etməklə cv@humanpro.az ünvanına göndərə bilərsiniz.

Şirkət Haqqında
E-poçt
cv@humanpro.az
Telefon
010 239 56 20
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et
Məlumat

Yayımlanma: 19 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar