Ana Səhifə / Vakansiyalar / KORPORATİV SATIŞ MENECERİ

KORPORATİV SATIŞ MENECERİ

Seylab

Bakı • Bakı şəhəri, Azadlıq metrosu yaxınlığı, Röya Şadlıq Sarayının yanı

Tamştat 💰 1200 AZN + bonus (faiz) 📅 Təcrübə: Satış sahəsində 1- 3 il iş təcrübəsi 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

KORPORATİV SATIŞ MENECERİ

“Seylab” Su Şirkəti Korporativ Satış Meneceri vəzifəsi üzrə əməkdaş axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: 1200 AZN + bonus (faiz)
  • İş qrafiki: I–V günlər, 09:00–18:00
  • Şənbə: Qısa iş günü
  • Bazar: İstirahət günü
  • İş yeri: Bakı şəhəri, Azadlıq metrosu yaxınlığı, Röya Şadlıq Sarayının yanı

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətə yeni korporativ (B2B) və pərakəndə müştərilər cəlb etmək
  • Potensial müştərilərlə görüşlər təyin etmək və məhsul təqdimatları keçirmək
  • Satış müqavilələrini bağlamaq və sənədləşmə prosesini izləmək
  • Sifarişlərin vaxtında çatdırılması üçün logistika şöbəsi ilə koordinasiyalı işləmək
  • Satışdan sonrakı debitor borclarına və ödənişlərin yığılmasına nəzarət etmək
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək

Namizədə tələblər:

  • Satış sahəsində 1–3 il iş təcrübəsi
  • Qida sektorunda iş təcrübəsi üstünlükdür
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət, inandırma və danışıqlar aparmaq bacarığı
  • Azərbaycan dilini mükəmməl bilmək
  • Rus və ya ingilis dili biliyi üstünlükdür
  • MS Office proqramlarında işləmək bacarığı
  • Nəticəyönümlü, aktiv və məsuliyyətli olmaq

Biz nə təklif edirik?

  • Sabit əməkhaqqı və limitsiz bonus imkanı
  • Korporativ nömrə və danışıq paketi

📩 Müraciət üçün:

CV-nizi e-mailin mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə hr@seylab.az ünvanına göndərin.

Şirkət Haqqında
E-poçt
hr@seylab.az
Telefon
050 327 09 83

“Seylab su”şirkəti 2017 ci ildən fəaliyyət göstərir. Xammal şəklində istifadə etdiyimiz suyun mənbəyi Xaçmaz rayonundan gələn “Şollar” suyudur. Şirkət istehsalatda yüksək standartlara cavab verən müasir texnalogiya ilə təchiz edilərək müştərilərinə ən keyfiyyətli məhsulu təqdim etməyi hədəfləyir. “Seylab” markasının yaranmasında başlıca məqsəd insanlar üçün faydalı suyu əlçatan etməkdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 8 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar