Ana Səhifə / Vakansiyalar / Kommersiya Direktoru

Kommersiya Direktoru

Xırman MMC

Bakı • Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (İstehsalat bazası)

Tamştat 💰 Bazar rəqabətinə uyğun əmək haqqı 📅 Təcrübə: minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Kommersiya Direktoru

İş şəraiti:

İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (İstehsalat bazası);

İş qrafiki: Altıgünlük iş qrafiki;

İstirahət günü: Bazar günü;

Əmək haqqı: Bazar rəqabətinə uyğun əmək haqqı (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək).

Vəzifə öhdəlikləri

  • Şirkətin ümumi kommersiya strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;
  • Satış, marketinq və müştəri münasibətlərinin idarə olunmasını təmin etmək;
  • Satış hədəflərinin müəyyənləşdirilməsi, icrasına nəzarət və nəticələrin qiymətləndirilməsini həyata keçirmək;
  • Bazar araşdırmaları aparmaq, rəqib mühitini təhlil etmək və yeni biznes imkanlarını müəyyənləşdirmək;
  • Gəlirlərin və rentabelliyin artırılmasına yönəlmiş kommersiya təşəbbüslərini hazırlamaq və icra etmək;
  • Kommersiya büdcəsinin formalaşdırılması və effektiv idarə olunmasını təmin etmək;
  • Satış komandalarının fəaliyyətini idarə etmək, inkişaf etdirmək və performansını qiymətləndirmək;
  • Strateji müştərilər, distribyutorlar və biznes tərəfdaşları ilə yüksək səviyyəli danışıqlar aparmaq;
  • Satış, marja, bazar payı və digər kommersiya göstəricilərinin təhlilini aparmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • CRM və digər kommersiya idarəetmə sistemlərinin effektiv tətbiqini təmin etmək;
  • Satış və marketinq fəaliyyətlərinin KPI-lar əsasında monitorinqini və hesabatlılığını təşkil etmək;
  • Logistika, istehsalat və maliyyə bölmələri ilə sıx koordinasiyanı təmin etmək.

Namizədə dair tələblər:

  • Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Kommersiya, satış və ya biznesin inkişafı istiqamətində minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi;
  • FMCG, qida sənayesi və ya istehsalat sektorunda təcrübə üstünlük hesab olunur;
  • Strateji planlaşdırma və biznes inkişafı sahəsində güclü bacarıqlar;
  • Maliyyə göstəricilərinin, satış hesabatlarının və kommersiya analitikasının təhlili üzrə təcrübə;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dili bilikləri üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yüksək səviyyədə işləmə bacarığı.

Şəxsi keyfiyyətlər:

  • Güclü liderlik və idarəetmə bacarıqları;
  • Strateji və analitik düşüncə tərzi;
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komandanı motivasiya etmək və inkişaf etdirmək qabiliyyəti.

Təklif edirik:

  • Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı;
  • Strateji qərarların qəbulunda aktiv iştirak;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
  • Rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi.

Müraciət qaydası:

CV-nizi mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə shahla.najafova@xirman.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə: +994 55 293 13 39

 

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+994552931339
Vebsayt:

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 23.06.2026

Son tarix: 23.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar