Ana Səhifə / Vakansiyalar / İnşaat mühəndisi

İnşaat mühəndisi

HumanPro

Bakı • Bakı

Tamştat 💰 2000 AZN 📅 Təcrübə: Min. 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

İnşaat mühəndisi vakansiyası

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Bazar ertəsi – Cümə: 09:00–17:00;
  • Şənbə: 09:00–14:00;
  • Əmək haqqı: 2000 AZN;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Vakansiya növü: Tam ştat;
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze layihəsi.

Vəzifə öhdəlikləri:

  • Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, maraqlı tərəflərlə koordinasiyanı təmin etmək və texniki cəhətdən icraolunmasını qiymətləndirmək;
  • Layihəqabağı hazırlıq işlərini təşkil etmək, layihələndirmə tapşırıqlarını hazırlamaq, müqavilə sənədlərini tərtib etmək, iş planı və təqvim qrafiklərini hazırlamaq;
  • Yerinə yetirilən işlərin həcminə, keyfiyyətinə və dəyərinə nəzarət etmək;
  • Layihə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Layihələri başlanğıcdan təhvil mərhələsinədək idarə etmək, büdcə, vaxt qrafiki və keyfiyyət standartlarına riayət olunmasını təmin etmək;
  • Layihənin icra vəziyyətini mütəmadi izləmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Layihə üzrə yaranan problemlərin operativ həllini təmin etmək;
  • Müştərilər, məsləhətçilər, subpodratçılar və dövlət qurumları ilə rəsmi və işgüzar münasibətləri koordinasiya etmək;
  • Tikinti işləri üzrə Forma-2, Forma-3 və digər texniki sənədlərin təsdiq prosesini təmin etmək;
  • Gündəlik və aylıq hesabatları hazırlamaq.

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • İnşaat sahəsində minimum 3 il iş təcrübəsi;
  • AutoCAD, MS Excel və MS Word proqramlarını yaxşı səviyyədə bilmək;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Analitik düşünmə, məsuliyyətlilik və yüksək diqqətlilik;
  • Təşəbbüskarlıq, operativlik və nəticəyönümlü iş yanaşması;
  • Komandada səmərəli işləmək bacarığı.

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini cv@humanpro.az elektron poçt ünvanına mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
cv@humanpro.az
Telefon
010 205 12 12
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et
Məlumat

Yayımlanma: 6 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar