Ana Səhifə / Vakansiyalar / Gənc Peşəkarlar üçün Beynəlxalq Təcrübə Proqramı (3 Ay)

Gənc Peşəkarlar üçün Beynəlxalq Təcrübə Proqramı (3 Ay)

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı

Tamştat 💰 3 aylıq proqram üzrə ümumi xidmət haqqı: 1500 AZN
İş Təsviri

TƏCRÜBƏ PROQRAMI ELANI

Gənc Peşəkarlar üçün Beynəlxalq Təcrübə Proqramı (3 Ay)

Azərbaycan Diplomatiya Mərkəzi (ADM) gənc məzunlar üçün peşəkar inkişaf və beynəlxalq iş mühitinə inteqrasiya məqsədilə 3 aylıq Təcrübə Proqramı elan edir.

Bu proqram karyerasına yeni başlayan, peşəkar bacarıqlarını inkişaf etdirmək və beynəlxalq standartlara uyğun iş təcrübəsi qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulub.

Proqram haqqında

ADM-in Təcrübə Proqramı iştirakçılara nəzəri biliklərlə yanaşı praktiki iş təcrübəsi qazandırmaq, peşəkar kommunikasiya bacarıqlarını inkişaf etdirmək və beynəlxalq iş mühitinə hazırlamaq məqsədi daşıyır.

  • Proqram çərçivəsində iştirakçılar:
  • Beynəlxalq formatlı təlim və inkişaf proqramlarına cəlb olunacaqlar
  • Praktiki iş proseslərində iştirak edəcəklər
  • Korporativ kommunikasiya və peşəkar təqdimat bacarıqlarını inkişaf etdirəcəklər
  • Beynəlxalq tədbir və layihə prosesləri ilə tanış olacaqlar
  • Mentorluq və nəzəri inkişaf imkanlarından faydalanacaqlar

Kimlər müraciət edə bilər?

  • Aşağıdakı meyarlara uyğun namizədlər müraciət edə bilərlər:
  • Bakalavr və ya magistr təhsilini yeni başa vurmuş namizədlər
  • İdarəetmə, biznesin idarə olunması, beynəlxalq münasibətlər, kommunikasiya və əlaqəli ixtisaslar üzrə təhsil almış şəxslər
  • Karyerasına yeni başlamaq istəyən və peşəkar inkişaf hədəfi olan namizədlər
  • Azərbaycan dilində səlist danışıq və güclü natiqlik bacarığı olan şəxslər
  • Güclü səs tonu, peşəkar ünsiyyət və təqdimat bacarığı olan namizədlər
  • Öyrənməyə açıq, intizamlı və yüksək motivasiyalı şəxslər
  • Komanda ilə işləmək və peşəkar etik davranış nümayiş etdirmək bacarığı olan şəxslər

Uyğun olmayan namizədlər:

  • Aşağıdakı şəxslərin müraciəti nəzərdən keçirilməyəcək:
  • Bakalavr təhsili hazırda davam edən tələbələr
  • Tam ştat və ya aktiv iş fəaliyyəti olan şəxslər
  • Proqramın tam müddətində iştirak imkanına malik olmayan şəxslər
  • Peşəkar iş intizamına uyğunlaşmaq istəməyən namizədlər
  • Təlim və praktiki inkişaf prosesində tam iştirak edə bilməyəcək şəxslər


Maliyyə şərtləri: 3 aylıq proqram üzrə ümumi xidmət haqqı: 1500 AZN

(Qeyd: bu məbləğ proqramın tam 3 aylıq müddətini əhatə edir.)

Proqramın üstünlükləri:

  • Beynəlxalq standartlara uyğun peşəkar inkişaf proqramı
  • Praktiki və nəzəri biliklərin paralel inkişafı
  • Beynəlxalq tədbir və təlim mühitinə çıxış
  • Təcrübəli mütəxəssislərlə işləmək imkanı
  • Güclü peşəkar şəbəkələşmə (networking) imkanları
  • Gələcək karyera inkişafı üçün fundamental təcrübə bazası

Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “subject” hissəsində vakansiyanın adını qeyd etməklə diplomatiyamarkazi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu: ADM Təcrübə Proqramı 2026

Karyeranıza güclü başlanğıc verin. Azrbaycan Diplomatiya Mərkəzi ilə beynəlxalq peşəkar inkişaf yoluna qoşulun.

Müraciət Et

Bu premium elandır. Müraciət etmək üçün şəxsi kabinet yaratmağınız mütləqdir.

Daxil Ol Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 13.05.2026

Son tarix: 20.06.2026

Vakansiya növü: PREMİUM

Oxşar Elanlar