Ana Səhifə / Vakansiyalar / Elektrik

Elektrik

Xırman MMC

Bakı • Bakı

Tamştat 💰 900 AZN 📅 Təcrübə: min. 5 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Elektrik

İş şəraiti:

  •  İş yeri: Bakı, Binəqədi yolu 100
  •  Əmək haqqı: 900 AZN
  •  İş qrafiki: 6 günlük

Vəzifə haqqında:

İstehsalat sahəsində fəaliyyət göstərən şirkət elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz istismarını təmin edəcək Elektrik vəzifəsi üzrə peşəkar namizəd axtarır.

Vəzifə öhdəlikləri:

• Zavodun istehsalat avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək və onların fasiləsiz fəaliyyətini təmin etmək;

• Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;

• Elektrik təchizatı və işıqlandırma sistemlərinin etibarlı işləməsinə nəzarət etmək;

• Elektrik avadanlıqlarının planlı texniki baxışını və profilaktik xidmətini həyata keçirmək;

• İstehsalat xətlərində (pastorizator, dolum, soyutma sistemləri, nasoslar, kompressorlar və s.) elektrik və avtomatika sistemlərinin işinə nəzarət etmək;

• Enerji sərfiyyatını izləmək, optimallaşdırma və qənaət üzrə təkliflər vermək;

• Qəza hallarında operativ müdaxilə etmək və təhlükəsizlik qaydalarına uyğun tədbirlər görmək;

• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Tələblər:

• Elektrik ixtisası üzrə orta ixtisas və ya ali təhsil;

• Sənaye və ya istehsalat müəssisəsində elektrik sahəsi üzrə minimum 5 il iş təcrübəsi;

• Elektrik sxemlərini oxumaq və tətbiq etmək bacarığı;

• Avtomat açarlar, kontaktorlar, relelər və digər elektrik komponentləri ilə işləmək təcrübəsi;

• Məsuliyyətlilik, diqqətlilik və operativ işləmək bacarığı;

• İş intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Şirkət təklif edir:

• Nahar şirkət tərəfindən təmin edilir;

• Stabil və peşəkar iş mühiti;

• Uzunmüddətli əməkdaşlıq imkanı.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Elektrik" qeyd etməklə shahla.najafova@xirman.az elektron poçt ünvanına göndərə bilərlər.

 Əlaqə: 055 293 13 39


Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+994552931339
Vebsayt:

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 01.07.2026

Son tarix: 31.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar