Ana Səhifə / Vakansiyalar / DAXİLİ NƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİS

DAXİLİ NƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİS

Xırman MMC

Bakı • Binəqədi yolu 100

Tamştat 💰 1 500 AZN + yanacaq xərci 📅 Təcrübə: 1–3 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

DAXİLİ NƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİS

Xırman MMC Daxili nəzarət üzrə mütəxəssis vəzifəsinə namizəd axtarır.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • Əməkhaqqı: 1 500 AZN + yanacaq xərci
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən təmin edilir

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin filial, anbar, istehsalat və digər sahələrində daxili nəzarət prosedurlarını həyata keçirmək
  • Ərazilərdə fəaliyyət göstərən merçandayzerlərin işinə nəzarət etmək və “check-list” (yoxlama vərəqəsi) əsasında yoxlamalar aparmaq
  • Satış şəbəkələri və borclular ilə mütəmadi qarşılıqlı üzləşmələr həyata keçirmək, hesablaşmaların düzgünlüyünü yoxlamaq
  • Satınalma, anbar, logistika, yanacaq, material və digər əməliyyatların şirkətin təsdiq edilmiş qaydalarına uyğunluğunu yoxlamaq
  • Material ehtiyatları, texnika, yanacaq və digər aktivlərin təyinatı üzrə istifadəsinə və qorunmasına nəzarət etmək
  • Dövri inventarizasiya və sayımlarda iştirak etmək, yaranan uyğunsuzluqları araşdırmaq
  • Potensial saxtakarlıq, mənimsəmə və digər pozuntu əlamətlərini müəyyən edərək rəhbərliyə məlumat vermək
  • Daxili nəzarət fəaliyyətlərinə dair dövri hesabatlar hazırlamaq

Tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət, Maliyyə və ya Mühasibatlıq sahəsində 1–3 il iş təcrübəsi
  • FMCG, satış və ya istehsalat sahəsində təcrübə üstünlükdür
  • Sahə üzrə arzu olunan sertifikatlar: ACCA, PMS və s.
  • Rus və İngilis dilləri arzuolunandır
  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər
  • Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə nəzəri və praktiki biliklər
  • 1C, Microsoft Office, xüsusilə Excel və müvafiq uçot proqramlarında işləmə bacarığı
  • Strateji düşüncə və uzunmüddətli planlama bacarığı
  • Yeni sistemlərin tətbiqi zamanı komandanı uyğunlaşdırmaq və dəyişiklikləri effektiv idarə etmək bacarığı
  • Məlumatların təhlili, üzləşmələrin aparılması və hesabatların hazırlanması üzrə yüksək bacarıqlar
  • Müxtəlif departamentlərlə - satış, anbar, mühasibatlıq və s. - effektiv əməkdaşlıq bacarıqları

Müraciət qaydası: CV-lərinizi e-mailin mövzu hissəsində “Daxili nəzarət üzrə mütəxəssis” qeyd etməklə shahla.najafova@xirman.az ünvanına göndərə bilərsiniz.

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+99455 293 13 39

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 17 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar