Aparıcı Material Nəzarətçisi
İş şəraiti
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: c
Vəzifə öhdəlikləri
- Layihə üzrə materialların qəbulunu, uçotunu, saxlanmasını və paylanmasını təşkil etmək;
- Daxil olan materialların satınalma sifarişləri, qaimələr, spesifikasiyalar və digər müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
- Materialların miqdarına, keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək, uyğunsuzluq hallarında müvafiq aktların tərtibini təmin etmək;
- Materialların ERP, SAP və ya digər anbar uçotu sistemlərində düzgün qeydiyyatını aparmaq;
- Materialların layihə sahələrinə vaxtında və düzgün çatdırılması prosesini koordinasiya etmək;
- Material ehtiyatlarının səviyyəsini mütəmadi izləmək, çatışmazlıq və artıq ehtiyatlarla bağlı rəhbərliyə məlumat vermək;
- Materialların saxlanma şəraitinin istehsalçı tələblərinə və layihə standartlarına uyğunluğunu təmin etmək;
- Material sertifikatlarının (MTC, COC və s.) və digər keyfiyyət sənədlərinin tamlığını yoxlamaq;
- Materialların izləniləbilənliyini (Material Traceability) təmin etmək;
- Gündəlik, həftəlik və aylıq material hərəkəti üzrə hesabatlar hazırlamaq;
- İnventarizasiya proseslərində iştirak etmək, inventar fərqlərini araşdırmaq və nəticələri hesabatlandırmaq;
- Satınalma, logistika, tikinti, planlaşdırma, QA/QC və digər aidiyyəti şöbələrlə sıx koordinasiyada işləmək;
- Artıq, istifadə olunmayan və yararsız materialların uçotunu aparmaq, onların idarə olunması ilə bağlı təkliflər hazırlamaq;
- Material idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək;
- Şirkətin HSE, Keyfiyyət İdarəetmə Sistemi və daxili prosedurlarının tələblərinə riayət etmək.
Tələblər:
- Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Sənaye, Mexanika, İnşaat mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Material idarəetməsi, anbar əməliyyatları və ya logistika sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il təcrübə;
- EPC, neft-qaz, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
- Material uçotu, inventarizasiya və material izləniləbilənliyi prinsipləri üzrə biliklər;
- ERP, SAP, Oracle və ya digər material idarəetmə sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yüksək səviyyədə bilmək;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək üstünlükdür;
- Analitik düşünmə, planlaşdırma, koordinasiya və komanda ilə effektiv işləmək bacarığı.
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər CV-lərini hr@amina.az mail adressinə göndərə bilərlər.