“Kingsmart” markası altında fəaliyyət göstərən supermarketlərimiz bu gün müvafiq seqmentdə rəqabət apara bilən, pərakəndə satış sahəsində dayanmadan irəliləyən şəbəkədir. Bu supermarketlər şəbəkəsinin ilk filialı 2015-ci ildə müştərilərin xidmətinə verilib. Hazırda Lökbatan qəsəbəsində iki böyük “Kingsmart” filialı fəaliyyət göstərir. Yaxın gələcəkdə filialların sayının artırılması planlaşdırılır. Supermarketlərdə ərzaq, meyvə-tərəvəz, şirniyyat, içki, qeyri-qida və digər məhsulların satışı həyata keçirilir.