Ana Səhifə / Vakansiyalar / Təchizat üzrə mütəxəssis

Təchizat üzrə mütəxəssis

GESCO ASC

Bakı • Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Tamştat 💰 1700 AZN (NET) 📅 Təcrübə: Minimum 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, İngilis
İş Təsviri

Təchizat üzrə mütəxəssis

Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti

İş şəraiti

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I-V günlər, 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Əmək haqqı: 1700 AZN (NET)
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini (Tender, RFQ, RFI, RFP və s.) planlaşdırmaq, təşkil etmək idarə etmək;
  • Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənəd tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək;
  • Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək, qiymətləndirmək və etibarlı təchizatçı bazasını formalaşdırmaq;
  • Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq;
  • Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək;
  • Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında tələblərə uyğun təhvil verilməsinin təmin etmək;
  • Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini əlaqələndirmək;
  • Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri və qənaət imkanları barədə təkliflər vermək;
  • Gecikmiş çatdırılmalar, keyfiyyət uyğunsuzluqları və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq;
  • Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək, daxili istifadəçilərlə sıx əməkdaşlıq edərək satınalma proseslərinin fasiləsiz icrasını təmin etmək.

Namizədə dair tələblər:

  • İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
  • İngilis dili (B1-B2 səviyyəsində);
  • MS Office (əla səviyyədə), 1C proqramı;
  • CIPS sertifikatının olması arzuolunandır.
  • Daxili və xarici satınalma prosesləri üzrə biliklər;
  • Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı.

Müraciət:Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək Cv.hr@gesco.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 5 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar