SƏTƏM üzrə
mütəxəssis
İş haqqında
məlumat:
·
İş yeri:
Bakı ş.,
·
İş rejimi: Həftədə 5 günlük;
·
Əmək haqqı: 2000-2500 AZN;
·
Təminatlar: nahar, koporativ nömrə.
Vəzifə öhdəlikləri:
- Bütün
təşkilatın Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit idarəetmə sisteminin
hazırlanması;
- Təcili
təxliyə və hazırlıq proseslərinin hazırlanması, təşkilatın və əməkdaşların
bu sahədə hazırlılığı;
- Daxili
SƏTƏM siyasət, prosedura və proqramlarının yaradılması, təkmilləşdirilməsi
və idarə olunması;
- Şirkətin
adiyyatı şöbələrinin SƏTƏM məsələləri üzrə istiqamətləndirməsi;
- İllik
SƏTƏM büdcəsinin planlanması;
- Daxili
SƏTƏM risklərinin idarə edilməsi;
- İş
yerindəki yanğın və digər təhlükəsizlik tələblərinə riayət etmək, ilkin
yardım təchizatı, yanğın və digər təhlükəsizlik vasitələrinə nəzarət;
- İşçilərə
iş yeri statistikasını, yeni və mövcud təhlükələri və sistem dəyişikliklərini
təmin edən SƏTƏM ilə bağlı müntəzəm hesabatların, təqdimatların, bülletenlərin,
posterlərin və kommunikasiyaların hazırlanması və paylanması;
- İş
yerlərində mütəmadi yoxlamalar aparmaq, iş təcrübələrini nəzərdən keçirmək,
proseslərin və sistemlərin inkişaf etdirilməsinin yollarının tövsiyə edilməsi;
- SƏTƏM
qaydalarının pozulmasının araşdırılması, habelə qəza və insidentlərin
araşdırılması, qeydlərin aparılması, təhlil və hesabatların təklif olunan
həllərin vaxtında və dəqiq təqdim edilməsi;
- Alətlər
və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik
riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının
alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
- Potensial
təhlükə yarada biləcək qurğular, texniki xidmət və digər işlərə nəzarət
etmək, yoxlamalar və qəzalar nəticəsində təmir işlərinin müəyyənləşdirilməsi;
- Ventilyasiya,
yanğın təhlükəsizliyinin təmin edilməsi, qanuni tələblərlə uyğunluğun təmin
edilməsi, müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqələrin qurulması;
- İşə
götürülənlərə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi ilə
bağlı mütəmadi və planlı təlim verməli, işçilərin təlim sonrası bilik səviyyəsi
yoxlanılmalı və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına
köməklik edilməsi və s.
Tələblər:
Ali
təhsil (müvafiq sahədə);
- Təcrübə:
3–5 il (SƏTƏM sahəsində);
- Yaş:
30-45 aralığında;
- Sahə
üzrə sertifikat tələb olunur;
- SƏTƏM-ə
aid yerli qanunvericiliyin tələbləri haqda məlumatlı olmalı;
- Ofis
proqramlarında sərbəst çalışma bacarıqları;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
Maraqlanan şəxslər
öz CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.