Ana Səhifə / Vakansiyalar / Satış üzrə mütəxəssis

Satış üzrə mütəxəssis

Arash Company

Bakı • Bakı

Tamştat 💰 Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol 📅 Təcrübə: Min. 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Satış üzrə mütəxəssis

Mütləq tələblərlə tanış olmağınız xahiş olunur.

İş barədə məlumat:

Şirkət tibbi ləvazimatların satışı istiqamətində fəaliyyət göstərəcək Satış üzrə mütəxəssis axtarır. Vəzifə ərazi üzrə satış fəaliyyətinin həyata keçirilməsini, mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsini və yeni müştərilərin cəlb edilməsini əhatə edir.

İş şəraiti:

İş qrafiki:

  • Həftə içi 5 gün — 09:00–18:00, Şənbə — 09:00–15:00;
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul və xidmətlərini potensial və mövcud müştərilərə təqdim etmək;
  • Ərazi üzrə aktiv satış fəaliyyətini həyata keçirmək;
  • Müştərilərlə peşəkar və effektiv ünsiyyət qurmaq;
  • Məhsul və xidmətlər haqqında dolğun və ətraflı məlumat təqdim etmək;
  • Müştərilərin suallarını əsaslandırılmış şəkildə cavablandırmaq;
  • Məhsulların keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Mövcud müştəri bazasını inkişaf etdirmək və müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;
  • Yeni müştərilərin cəlb olunması və müştəri bazasının genişləndirilməsi istiqamətində təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Satış sahəsi üzrə keçirilən seminar və təlimlərdə iştirak etmək;
  • Satış bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmək.

Namizədə tələblər:

  • Tibbi ləvazimatların satışı sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək mütləqdir;
  • İngilis dili biliyi arzuolunandır;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Müştəri etirazları ilə effektiv işləmək bacarığı;
  • Satış və nəticəyönümlü düşüncə tərzi;
  • Gülərüz, ünsiyyətcil və məsuliyyətli olmaq;
  • Komandada işləmək bacarığı;
  • Öyrənməyə və peşəkar inkişaf etməyə açıq olmaq.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini im-ex@arash-holding.az elektron poçt ünvanına, mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
im-ex@arash-holding.az


Müraciət Et
Məlumat

Yayımlanma: 7 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar