Ana Səhifə / Vakansiyalar / Risklərin idarə edilməsi üzrə mütəxəssis

Risklərin idarə edilməsi üzrə mütəxəssis

HumanPro

Bakı • Bakı

Tamştat 💰 1000-1500 AZN 📅 Təcrübə: Min. 2 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Risklərin idarə edilməsi üzrə mütəxəssis

İş şəraiti:

Əmək haqqı: 1000-1500 AZN ;

İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00;

İş yeri: Bakı şəhəri.

Vəzifə öhdəlikləri:

Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və effektiv şəkildə icrasını təmin etmək;

Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasını həyata keçirmək;

Risklərin idarə olunması üzrə siyasət, prosedur və metodologiyaların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsində iştirak etmək;

Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərini qurmaq və davamlı nəzarəti təmin etmək;

Risk limitlərini müəyyən etmək, onların icrasına nəzarət etmək və müvafiq nəzarət mexanizmlərini tətbiq etmək;

AML/CFT və digər normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək;

Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsini həyata keçirmək və rəy vermək;

Daxili Audit və Komplayens bölmələri ilə effektiv əməkdaşlığı təmin etmək;

Rəhbərlik üçün mütəmadi risk hesabatları hazırlamaq və təqdim etmək.

Namizədə tələblər:

Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahələr üzrə ali təhsil;

Risklərin idarə olunması, bankçılıq və ya FinTech sahəsində minimum 2 il iş təcrübəsi;

Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə nəzəri və praktiki biliklər;

Güclü analitik düşünmə, problemlərin həlli və strateji qərarvermə bacarığı;

Maliyyə modelləşdirilməsi və risk analiz alətləri ilə işləmək təcrübəsi;

MS Excel, SQL, Power BI və ya digər BI alətləri üzrə biliklər;

Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər üstünlük hesab olunur;

Məsuliyyətli, detallara diqqətli və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.


Müraciət Et
Məlumat

Yayımlanma: 03.07.2026

Son tarix: 02.08.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar