İş Detalları

Ana Səhifə / Vakansiyalar / Mexanika Mühəndisi
Şirkət Logosu

Mexanika Mühəndisi

Humanpro Bakı şəhəri Tamştat
İş Şəkli

İşin Təsviri

Mexanika Mühəndisi
İş Qrafiki və Şərtlər:
• İş günləri: Həftənin 5 iş günü, 09:30–17:30 Şənbə: 09:30–15:30
• Bazar günü: istirahət
• Rəsmi qaydada işə qəbul və kartla maaş
• Əmək haqqı: 2000–2500 AZN və yuxarı
• İş təcrübəsi: 5 il
Tələblər:
• Müvafiq sahədə ali təhsil
• İş təcrübəsi: 5 il
• AutoCAD və digər müvafiq proqramlarda işləmə bacarığı
• Məsuliyyətlilik, komanda ilə işləmək və operativ qərarvermə bacarığı
Vəzifə öhdəlikləri:
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın və işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət
• Mexanika layihələrinin hazırlanması
• Layihə üzrə iş həcmlərinin çıxarılması
• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak
• AutoCAD proqramından istifadə etməklə bütün təsvirlərin hazırlanması
• Tikinti, elektrik, su çəkilişi, istilik, havalandırma və isitmə (HVAC) sistemlərinin, o cümlədən inşaat qurğularının müxtəlif aspektləri üzrə layihələndirmə, tikinti planları, təsvir və spesifikasiyalarının nəzərdən keçirilməsi
• Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqənin təmin edilməsi
• Yerinə yetirilmiş işlər barədə hesabatların hazırlanması
• Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş
• Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması; təmir edildikdən sonra sənədlərə dəyişikliklərin edilməsi
• Yeraltı tikililəri və kommunikasiyaları qorumaq, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanması; qazanxanalarda təzyiq cihazlarına nəzarət
• Hazırlanmış layihələr barədə rəylərin verilməsi; elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak
• Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının hazırlanmasında iştirak
• Materialların, konstruksiyaların və məmulatların araşdırılması, beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi
• Layihələrin keyfiyyət göstəricilərinə uyğun, zamanında və büdcə çərçivəsində tamamlanması üçün layihə ərazilərinə daimi baxış və monitorinqin aparılması
• Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasının təşkili; podratçı və subpodratçı təşkilat və briqadaların işlərinin əlaqələndirilməsi
• Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi
• Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarına, daxili əmək intizamı qaydalarına, əməyin təşkili və mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək
Müraciət üçün: Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Dil biliyi: Azərbaycan
  • Sürücülük vəsiqəsi: Tələb edilmir

Təhsil və Təcrübə

  • Təhsil: Bakalavr

İşin Xülasəsi

  • Dərc olunub: 14 Noyabr, 2025
  • Vakansiya sayı: 1
  • Məşğulluq statusu: Tamştat
  • Təcrübə: İş təcrübəsi: 5 il
  • İş yeri: Bakı Şəhəri
  • Maaş: 2000–2500 AZN və yuxarı
  • Cinsiyyət: fərqi yoxdur
  • Son müraciət tarixi: 30 Noyabr, -0001

Paylaş

32 İş Elanı

HUMANPRO
Şagird qəbulu üzrə mütəxəssis Humanpro
Bakı, Tamştat
Ətraflı
HUMANPRO
İnsan resursları üzrə mütəxəssis Humanpro
Bakı, Tamştat
Ətraflı
HUMANPRO
Maliyyə şöbəsinin müdiri Humanpro
Bakı, Tamştat
Ətraflı
HUMANPRO
Sənədləşmə üzrə Mütəxəssis Humanpro
Bakı, Tamştat
Ətraflı
HUMANPRO
Tədarük Planlama üzrə Aparıcı Mütəxəssis vakansiyası! Humanpro
Bakı, Tamştat
Ətraflı
1-5 arası 32 İş göstərilir