Ana Səhifə / Vakansiyalar / Memar / İnteryer və Eksteryer Dizayner / 3D Vizualizator

Memar / İnteryer və Eksteryer Dizayner / 3D Vizualizator

HumanPro

Bakı • Bakı

Frilans 💰 1500–2000 AZN 📅 Təcrübə: İş təcrübəsi mütləqdir 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Vakansiya: Memar / İnteryer və Eksteryer Dizayner / 3D Vizualizator

Şirkət: Tikinti şirkəti
İş şəraiti:

  • Əmək haqqı: 1500–2000 AZN;
  • İş qrafiki: Həftədə 1 gün ofisdə, digər günlər distant iş;
  • Tikinti şirkəti fərdi yaşayış evləri, mənzillər, yaşayış binaları və digər tikinti layihələri üzrə memarlıq, interyer, eksteryer və 3D vizuallaşdırma işlərini həyata keçirə bilən mütəxəssis axtarır
  • Namizəd layihəni ilkin konsepsiyadan vizuallaşdırmaya və tikintidə istifadə edilə biləcək işçi çertyojların hazırlanmasına qədər işləməyi bacarmalıdır.

Vəzifə öhdəlikləri:

  • Memarlıq, interyer və eksteryer konsepsiyalarının hazırlanması;
  • Planlaşdırma, fasad, həyət və ümumi sahə üzrə dizayn həllərinin hazırlanması;
  • İnteryer məkanlarının funksional və estetik şəkildə layihələndirilməsi;
  • Yüksək keyfiyyətli 3D modelləşdirmə və fotorealistik vizuallaşdırmaların hazırlanması;
  • Material, rəng, tekstura, işıqlandırma və mebel həllərinin seçilməsi;
  • Məkan və mebel planlaşdırılmasının həyata keçirilməsi;
  • Təsdiqlənmiş layihə üzrə plan, kəsik, görünüş, ölçüləndirmə və digər zəruri işçi çertyojların hazırlanması;
  • Layihələrin real tikinti və təmir prosesinə uyğunlaşdırılması;
  • Tikinti komandası və mühəndislərlə koordinasiyalı işləmək;
  • Layihə üzrə tələb olunan dəyişiklik və düzəlişlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Memarlıq, interyer və eksteryer dizayn sahəsində müvafiq iş təcrübəsi;
  • Fərdi ev, mənzil və yaşayış layihələri ilə işləmək bacarığı;
  • 3D modelləşdirmə və fotorealistik vizuallaşdırma üzrə yaxşı bilik;
  • AutoCAD, 3ds Max, SketchUp, Revit və ya digər uyğun proqramlardan istifadə bacarığı;
  • Plan, kəsik, fasad və işçi çertyojların dəqiq ölçülərlə hazırlanması üzrə təcrübə;
  • Məkan planlaşdırılması, material və tikinti prosesləri haqqında anlayış;
  • Yaradıcı yanaşma, estetik zövq və detallara diqqət;
  • Məsuliyyətli və nəticəyönümlü işləmək bacarığı.

Portfolio təqdim edilməsi mütləqdir.

Portfolioda aşağıdakı istiqamətlər üzrə iş nümunələrinin olması üstünlükdür:

  • Memarlıq və yaşayış layihələri;
  • İnteryer və eksteryer dizaynları;
  • Fotorealistik 3D vizuallaşdırmalar;
  • Plan və işçi çertyojlar;
  • Real icra olunmuş layihələr.

Müraciət qaydası: 

Müraciət etmək istəyən namizədlər öz CV-lərini cv@humanpro.az mail adressinə göndərə bilərlər.

Qeyd: Vakansiya yalnız 3D render hazırlayan vizualizator üçün nəzərdə tutulmayıb. Namizəd hazırladığı dizaynın real tikinti və təmir prosesində tətbiqi üçün texniki işçi çertyojları və dəqiq ölçüləndirmələri də hazırlamağı bacarmalıdır.

Şirkət Haqqında
E-poçt
cv@humanpro.az
Telefon
010 205 12 12
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et
Məlumat

Yayımlanma: 10 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar