Ana Səhifə / Vakansiyalar / Marketinq mütəxəssis

Marketinq mütəxəssis

HumanPro

Bakı • Bakı şəhəri, Dalğa Plaza.

Tamştat 💰 900-1300 AZN 📅 Təcrübə: Minimum 2 il 🎓 Təhsil: Tam orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

 MARKETİNQ MÜTƏXƏSSİSİ

 Marketinq mütəxəssisi vəzifəsi üzrə təcrübəli və peşəkar namizəd axtarılır.

 İş şəraiti:

  • Əməkhaqqı: 900-1300 AZN (bilik və təcrübəyə əsasən);
  • İş qrafiki: Həftədə 5 tam iş günü, şənbə yarım iş günü;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İş yeri: Bakı şəhəri, Dalğa Plaza.

Vəzifə öhdəlikləri:

  • Google Ads və Meta Ads reklam kampaniyalarının hazırlanması, idarə edilməsi və optimallaşdırılması;
  • Reklam büdcələrinin planlaşdırılması, hədəf auditoriyaların müəyyən edilməsi və nəticələrin təhlili;
  • Instagram və LinkedIn üçün peşəkar post və reklam dizaynlarının müstəqil hazırlanması;
  • Platformaların alqoritmlərinə uyğun kontent planlarının və paylaşım strategiyalarının hazırlanması;
  • Kontentin görünürlüyünün, auditoriya aktivliyinin və müraciət sayının artırılması;
  • Şirkətin xidmətlərinin tanıdılması və satışının artırılması üçün kreativ marketinq ideyalarının irəli sürülməsi və həyata keçirilməsi;
  • Rəqib və bazar analizi, marketinq nəticələri üzrə hesabatların hazırlanması.

Namizədə tələblər

  • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Google Ads və Meta Ads üzrə güclü praktiki bilik və təcrübə;
  • Canva, Adobe Photoshop və ya Illustrator proqramlarında sərbəst dizayn hazırlamaq bacarığı;
  • Instagram və LinkedIn alqoritmləri, kontent marketinqi və reklam strategiyaları üzrə biliklər;
  • Google Analytics 4 və Meta Business Suite alətləri ilə işləmə bacarığı;
  • Kreativ düşüncə, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
  • Konsaltinq, HR və rekrutinq şirkətlərində marketinq təcrübəsi üstünlükdür.

Müraciət:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd:

Vəzifə gündəlik SMM idarəçiliyini nəzərdə tutmur. Mütəxəssis reklam kampaniyaları, marketinq strategiyası və vizual kontentin hazırlanmasına cavabdeh olacaq.


Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 21 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar