Ana Səhifə / Vakansiyalar / Mağazalar üzrə Menecer (Yves Rocher)

Mağazalar üzrə Menecer (Yves Rocher)

Ineo Group

Bakı • Bakı

Tamştat 💰 900 AZN + KPI 📅 Təcrübə: min. 5 il 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Mağazalar üzrə Menecer (Yves Rocher)

İş şəraiti:

  • Əmək haqqı: 900 AZN + KPI;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatı: 10:00 – 18:00.

Vəzifə öhdəlikləri:

  • Mağazaların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
  • Yeni mağazaların açılışı və bağlanışı proseslərinin düzgün icrasını təmin etmək;
  • Məhsulların qəbulu, yerləşdirilməsi, qablaşdırılması və inventarizasiyasına nəzarət etmək;
  • Mağaza və anbar sahələrinin təmizliyini, səliqəsini və standartlara uyğunluğunu təmin etmək;
  • Vitrinlərin və merçendayzinq standartlarının qorunmasına nəzarət etmək;
  • Kampaniyalar üzrə çap materialları, loyallıq kartları, hədiyyə kartları və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək;
  • Tester məhsulların vaxtında açılmasına və düzgün istifadəsinə nəzarət etmək;
  • Son istifadə tarixi yaxınlaşan məhsullar üzrə monitorinq aparmaq və hesabat hazırlamaq;
  • Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar təqdim etmək;
  • Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyi məlumatlandırmaq;
  • İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək;
  • Kassa əməliyyatlarına və əməkdaş endirimlərinin düzgün tətbiqinə nəzarət etmək;
  • Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.

Namizədə tələblər:

  • Yalnız xanım namizədlər;
  • Pərakəndə satış sahəsində Mağazalar üzrə Menecer və ya oxşar vəzifədə minimum 5 il iş təcrübəsi (kosmetika və ya FMCG sahəsində təcrübə üstünlükdür);
  • Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı;
  • Stok, qiymət və satış idarəçiliyi sahəsində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Mağazalar üzrə menecer" qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkət Haqqında

Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 31 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar