Ana Səhifə / Vakansiyalar / LOGİSTİKA RƏHBƏRİ

LOGİSTİKA RƏHBƏRİ

Xırman MMC

Bakı • Bakı şəhəri, Binəqədi yolu 100

Tamştat 💰 2000-2500 AZN 📅 Təcrübə: min. 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

LOGİSTİKA RƏHBƏRİ

Xırman MMC komandasına təcrübəli Logistika rəhbəri axtarır.

İş şəraiti:

  • Əməkhaqqı:2000-2500 AZN
  • İş yeri:Bakı şəhəri,Binəqədi yolu 100
  • İş qrafiki:həftədə 6 gün
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir

Vəzifə öhdəlikləri:

  • Şirkət avtoparkının gündəlik əməliyyatlarını idarə etmək və logistik marşrutları planlaşdırmaq
  • Sürücü heyətinin iş qrafiklərini tərtib etmək, gündəlik fəaliyyətinə, yol hərəkəti və nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət etmək
  • Sürücülərin işə qəbul prosesində iştirak etmək
  • Yeni sürücülərin işə adaptasiyasını təşkil etmək, daxili qaydalar və iş prosesi ilə bağlı təlimatlandırmaq
  • Sürücülərin fəaliyyətini qiymətləndirmək və aşkarlanan problemlərlə bağlı tədbirlər görmək
  • Avtomobillərin gündəlik texniki vəziyyətini yoxlamaq, planlı və plandankənar təmir-servis işlərini təşkil etmək
  • Zəruri hallarda avtomobilləri servis mərkəzlərinə yönləndirmək və görülən işlərin keyfiyyətinə nəzarət etmək
  • Təmir xərclərinin smetasına nəzarət etmək, ehtiyat hissələrinin və digər zəruri vasitələrin vaxtında tədarükünü təmin etmək
  • Yanacaq kvotalarını müəyyən etmək, limitlərə riayət olunmasını yoxlamaq və nəqliyyatın hərəkətini GPS vasitəsilə gündəlik izləmək
  • Malların vaxtında və təhlükəsiz şəkildə daşınmasını təmin etmək
  • Nəqliyyat vasitələrinin düzgün və səmərəli istifadəsinə nəzarət etmək
  • Sığorta (KASKO, İcbari), texniki baxış, DYP cərimələri və digər inzibati sənədləşmələrin vaxtında icrasını təmin etmək
  • Logistika üzrə xərc və resursların optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq
  • Nəqliyyat və sürücülərlə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Logistika proseslərinin şirkətin daxili prosedur və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək

Namizədə tələblər:

  • Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və ya müvafiq sahə üzrə ali təhsil
  • Oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi
  • Rəhbər və ya qaraj müdiri kimi iş təcrübəsi mütləqdir
  • Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması üzrə təcrübə
  • Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə bilik
  • Avtomobillərin texniki quruluşunu və iş prinsiplərini dərindən bilmək
  • Nasazlıqların diaqnostikası və təmir-servis proseslərini idarə etmək bacarığı
  • Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə bilik
  • Nəqliyyat sənədləşməsi — yol vərəqələri, əməliyyat aktları, xərclər, təmir aktları və s. üzrə bilik
  • Azərbaycan dilini səlis, rus dilini yaxşı səviyyədə bilmək
  • MS Office proqramlarında — Excel, Word və Outlook-da işləmə bacarığı
  • Excel-də hesabatlar, cədvəllər və formullarla işləmə bacarığı
  • GPS izləmə sistemləri ilə işləmə bacarığı
  • Güclü ünsiyyət, komanda idarəetməsi, problem həll etmə və stresə davamlılıq

Müraciət qaydası:

Uyğun namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Logistika rəhbəri” qeyd etməklə ayten.rehimli@xirman.az ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+99455 293 13 39

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 17 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar