Ana Səhifə / Vakansiyalar / Keyfiyyətə nəzarət üzrə menecer

Keyfiyyətə nəzarət üzrə menecer

Xırman MMC

Bakı • Binəqədi yolu 100

Tamştat 💰 Razılaşma yolu ilə 📅 Təcrübə: Minimum 3 il 🎓 Təhsil: Bakalavr, Magistr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MENECER

Xırman MMC Keyfiyyətə nəzarət üzrə menecer vəzifəsinə namizəd axtarır.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi;
  • İş yeri: Binəqədi yolu 100.

Vəzifə öhdəlikləri:

  • Şirkətin keyfiyyət standartlarının müəyyən edilməsi və tətbiqinə nəzarət etmək;
  • İstehsal və xidmət proseslərinin keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • Daxili və xarici auditləri təşkil etmək və nəticələri təhlil etmək;
  • ISO və digər beynəlxalq standartların tətbiqinə nəzarət etmək;
  • Keyfiyyət göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Keyfiyyətə nəzarət şöbəsinin işini idarə etmək, komanda üzvlərinə təlimlər keçmək;
  • Məhsul və ya xidmətlə bağlı müştəri şikayətlərini araşdırmaq və həll yolları təqdim etmək;
  • Risklərin idarə edilməsi və problemlərin həlli proseslərini təşkil etmək;
  • Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya və ya müvafiq sahə üzrə);
  • Qida sektorunda keyfiyyətə nəzarət sahəsində ən azı 3 il iş təcrübəsi;
  • HACCP, ISO 22000 kimi beynəlxalq standartlar üzrə biliklər və təcrübə;
  • Qida məhsullarının kimyəvi və mikrobioloji analizi üzrə biliklər;
  • Detallara diqqət, analitik düşüncə və problem həll etmə bacarığı;
  • Azərbaycan və Rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Müraciət üçün:

CV-lərinizi “Keyfiyyətə nəzarət üzrə menecer” vakansiyanın adını qeyd edərək shahla.najafova@xirman.az email ünvanına göndərə bilərsiniz;

Əlaqə nömrəsi: 0552931339.


Şirkət Haqqında

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 29 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar