Ana Səhifə / Vakansiyalar / İnzibati işlər üzrə mütəxəssis (Reception)

İnzibati işlər üzrə mütəxəssis (Reception)

ATLAS GROUP MMC

Bakı • Bakı

Tamştat 💰 700-800 AZN 📅 Təcrübə: 1-3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

İnzibati işlər üzrə mütəxəssis (Reception)

Şirkət: ATLASGROUP MMC

Atlasgroup MMC komandasına ofisdaxili inzibati prosesləri təşkil edəcək, qonaqların qarşılanmasını və gündəlik işlərin koordinasiyasını təmin edəcək inzibati işlər üzrə mütəxəssis axtarır.

İş şəraiti
  • Əməkhaqqı: 700–800 AZN
  • İş qrafiki: 08:30–17:30, həftədə 5 iş günü
  • İstirahət günləri: Şənbə və bazar
  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 14, 4F
  • Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Əsas vəzifə öhdəlikləri
  • Daxil olan zəngləri və elektron müraciətləri cavablandırmaq, qonaqları qarşılamaq və yönləndirmək;
  • İş görüşlərini və iclasları təşkil etmək, müvafiq sənədləri hazırlamaq;
  • Rəhbərliyin tapşırıqlarını icra etmək və ofisdaxili inzibati işləri koordinasiya etmək;
  • Aviabilet və dəmiryolu biletlərinin alınmasını, otel rezervasiyalarını və viza prosedurlarını təşkil etmək;
  • Dəftərxana və təsərrüfat mallarının sifarişini təşkil etmək, tender və digər sorğuların cavablandırılmasını təmin etmək;
  • Sənəd dövriyyəsini və digər gündəlik inzibati prosesləri idarə etmək.
Namizədə tələblər
  • Ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • MS Office, o cümlədən MS Excel, 1C və Adobe Acrobat proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü təşkilatçılıq, planlaşdırma və idarəetmə bacarıqları;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
  • Oxşar sahədə iş təcrübəsi üstünlükdür.
Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini elektron poçt məktubunun mövzu hissəsində “İnzibati işlər üzrə mütəxəssis (Reception)” qeyd etməklə cv@atlas.az ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
cv@atlas.az

Atlas Corporation sənaye avadanlıqlarının təchizatı sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət müasir texnologiyalara əsaslanan, yüksək keyfiyyətli və innovativ avadanlıq həlləri təqdim etməklə müştərilərinin ehtiyaclarını kompleks şəkildə qarşılamağı hədəfləyir.

Peşəkar yanaşma, çevik fəaliyyət və səmərəli xidmət prinsipləri sayəsində Atlas Corp müştəriləri ilə etibarlı və uzunmüddətli əməkdaşlıq münasibətləri qurur.

Müraciət Et
Məlumat

Yayımlanma: 9 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar