Ana Səhifə / Vakansiyalar / Hüquqşünas / Yurist
G

Hüquqşünas / Yurist

Giləzi Quşçuluq şirkəti MMC

Bakı

Tamştat 💰 1500 AZN
İş Təsviri

⚖️ Hüquqşünas


📌 Tələblər:

  • Hüquq üzrə ali təhsilli bəy namizədlər (magistr dərəcəsinin olması üstünlükdür);
  • Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan, Rus dili – yüksək səviyyədə, ingilis dili – arzuolunandır;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.


📌 Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
  • Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması;
  • Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
  • Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun olan müqavilələrin imza ilə təsdiqi və ya onlara dair yazılı rəyin verilməsi, həmçinin, qanuna, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yazılı rəyin verilməsi;
  • Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.


📌 İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş qrafiki (şənbə günü qısaldılmış);
  • Əmək haqqı: 1500 AZN;
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli.


📩 Müraciət üçün: Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini ir@gilezi.com elektron poçtuna mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.

Şirkət Haqqında
E-poçt:
ir@gilezi.com


Müraciət Et
Məlumat

Yayımlanma: 18.05.2026

Son tarix: 30.06.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar