Ana Səhifə / Vakansiyalar / Dəmirçi(Armaturçu)

Dəmirçi(Armaturçu)

"Baku Automation and Construction Group" MMC

Bakı • Bakı

Tamştat 💰 1100-1200 AZN 📅 Təcrübə: İş təcrübəsi arzuolunandır 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Dəmirçi(Armaturçu)

“Baku Automation and Construction Group” MMC həyata keçirdiyi sənaye və mülki tikinti layihələrində çalışmaq üçün peşəkar, məsuliyyətli və müvafiq sahədə praktiki iş təcrübəsinə malik  Dəmirçi (Armaturçu)  üzrə işçi qəbulu elan edir.

İş şəraiti:

  • Əməkhaqqı:1100-1200 AZN;
  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İşin tələbatından asılı olaraq əlavə iş saatları (overtime) ola bilər;
  • İş sahəsi: Sənaye və mülki tikinti layihələri.

Əsas vəzifə öhdəlikləri:

  • Layihə çertyojlarına və texniki spesifikasiyalara uyğun olaraq armatur işlərinin yerinə yetirilməsi;
  • Monolit dəmir-beton konstruksiyalar üçün armatur karkaslarının hazırlanması və quraşdırılması;
  • Armaturların ölçülərə uyğun kəsilməsi, bükülməsi, bağlanması və birləşdirilməsi;
  • Bünövrə, sütun, tir, döşəmə və digər dəmir-beton konstruksiyalarda armatur işlərinin icrası;
  • Armaturun diametri, addımı, yerləşməsi və qoruyucu beton qatının layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
  • İşlərin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Sənaye və mülki tikinti sahəsində armatur işləri üzrə praktiki təcrübə;
  • Armatur kəsmə və bükmə avadanlıqlarından istifadə bacarığı;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Müraciət:Maraqlanan namizədlər qeyd olunan əlaqə nömrəsi vasitəsilə müraciət edə bilərlər.

Əlaqə nömrəsi:010 239 93 52

Qeyd:Yalnız armatur işləri üzrə real praktiki təcrübəyə malik namizədlərin müraciət etməsi xahiş olunur.

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 3 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar