Ana Səhifə / Vakansiyalar / Qəlibçi

Qəlibçi

"Baku Automation and Construction Group" MMC

Bakı • Bakı

Tamştat 💰 1100-1200 AZN 📅 Təcrübə: İş təcrübəsi mütləqdir 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Qəlibçi

“Baku Automation and Construction Group” MMC həyata keçirdiyi sənaye və mülki tikinti layihələrində çalışmaq üçün müvafiq sahədə praktiki iş təcrübəsinə malik, məsuliyyətli və peşəkar Qəlibçi axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: 1100-1200 AZN;
  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İşin tələbatından asılı olaraq əlavə iş saatları (overtime) ola bilər;
  • İş sahəsi: Sənaye və mülki tikinti layihələri.

Əsas vəzifə öhdəlikləri:

  • Monolit dəmir-beton konstruksiyalar üçün qəlib sistemlərinin hazırlanması və quraşdırılması;
  • Bünövrə, sütun, divar, tir və döşəmələr üçün qəliblərin layihəyə uyğun yığılması;
  • Taxta, metal və modul qəlib sistemləri ilə işlənilməsi;
  • Qəliblərin layihə ölçülərinə, səviyyələrə və həndəsi göstəricilərə uyğun quraşdırılması;
  • Qəliblərin möhkəmliyinin, dayanıqlığının və düzgün bərkidilməsinin təmin edilməsi;
  • Betonlama işlərindən sonra müvafiq icazə əsasında qəliblərin təhlükəsiz şəkildə sökülməsi;
  • Qəlib materiallarından düzgün və səmərəli istifadə edilməsi, onların qorunmasının təmin olunması.

Namizədə tələblər:

  • Sənaye və mülki tikinti obyektlərində qəlib işləri üzrə praktiki iş təcrübəsi;
  • Müxtəlif qəlib sistemlərinin quraşdırılması və sökülməsi üzrə peşəkar bilik və bacarıqlar;
  • Tikinti sahəsində təhlükəsiz iş üsulları haqqında biliklər;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət etmək;
  • Fiziki iş şəraitində çalışmağa hazırlıq;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Müraciət qaydası:Maraqlanan namizədlər qeyd olunan əlaqə nömrəsi vasitəsilə müraciət edə bilərlər.

Əlaqə nömrəsi: 010 239 93 52

Qeyd: Yalnız qəlib işləri üzrə real praktiki iş təcrübəsinə malik namizədlərin müraciət etməsi xahiş olunur.

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 3 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar