Ana Səhifə / Vakansiyalar / CNC Torna Dəzgahının Proqramlayıcı-Operatoru

CNC Torna Dəzgahının Proqramlayıcı-Operatoru

Metak MMC

Bakı • Bakı

Tamştat 💰 Rəqabətli əmək haqqı 📅 Təcrübə: min. 3 il 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

CNC Torna Dəzgahının Proqramlayıcı-Operatoru

Sahə: Sənaye və istehsalat

İş şəraiti:

  •  Növbəli iş qrafiki;
  •  Rəqabətli əmək haqqı;
  •  Nəqliyyat xidməti və nahar;
  •  Ünvan: Bakı, Dərnəgül.

İşin təsviri:

 CNC dəzgahlarında detalların dəqiq və düzgün emalını həyata keçirmək;

 Əməliyyat zamanı istifadə olunacaq kəsici alətləri və qurğuları düzgün seçmək və quraşdırmaq;

 Texniki cizgilərə uyğun proqramlar yazmaq, dəzgahı sazlamaq və işlətmək;

 Verilən cizgilər əsasında detalları qüsursuz emal etmək;

 Sərtləşdirilmiş detalları (termiki emaldan keçmiş, sərtliyi HRC 58–62) CNC torna dəzgahında emal etmək;

 İdarəetmə stendi FANUC 01-TF olan CNC dəzgahında işləmək;

 Dəzgahın gündəlik texniki baxışını aparmaq, texniki nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;

 Emal müddətinin və material sərfiyyatının optimallaşdırılması üzrə təkliflər vermək;

 Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət etmək.

Tələblər:

  •  CNC torna dəzgahı üçün proqram yazmaq və işləmək üzrə minimum 3 il iş təcrübəsi;
  •  Fanuc, Siemens və ya Heidenhain idarəetmə sistemlərindən birini bilmək üstünlükdür;
  •  Ölçü alətləri (mikrometr, ştanqel və s.) ilə işləmə təcrübəsi;
  •  Cizgiləri və texniki çertyojları oxumaq bacarığı (orta səviyyədə);
  •  Peşə dərəcəsi 4-cü dərəcədən aşağı olmamalıdır;
  •  Xüsusi və universal tərtibatların konstruktiv xüsusiyyətlərini və istifadə qaydalarını bilmək;
  •  Alət poladlarından və sərt ərintilərdən hazırlanmış kəsici alətlərin həndəsi formasının itilənməsini və quraşdırılmasını bilmək;
  •  Diqqətli, məsuliyyətli və komanda ilə işləmək bacarığı.

Müraciət qaydası:

https://job.metak.az/vacancy/show/279

050 256 77 33

Şirkət Haqqında
Vebsayt:

Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin mərhələdə polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan "METAK" şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazana bilmişdir. Şirkətin istehsalat sexlərində 2000-ci ildən başlayaraq müxtəlif metallardan döymə məmulatlar, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş tikinti işkələləri və dirəklər istehsal olunmağa başlamışdır.

Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq.

Müraciət Et
Məlumat

Yayımlanma: 26.06.2026

Son tarix: 26.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar