HumanPro
Bakı • Bakı
Baş Mühəndis
Vəzifə öhdəlikləri:
• Müəssisənin emal sahəsinin, istehsalat avadanlıqları və aqreqatlarının fasiləsiz və səmərəli fəaliyyətinə rəhbərlik etmək;
• İstehsalat və emal proseslərinin ardıcıllığını təmin etmək, proseslərdə yarana biləcək fasilələrin qarşısını almaq;
• Müəssisənin texniki siyasətinin hazırlanması və inkişaf perspektivlərinin müəyyən edilməsində iştirak etmək;
• İstehsalatın texniki hazırlıq səviyyəsinin artırılması, texnoloji yeniliklərin tətbiqi və istehsal səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;
• Maddi, maliyyə və əmək resurslarından səmərəli istifadəni təmin etmək, istehsal xərclərinin optimallaşdırılmasına nəzarət etmək;
• Buraxılan məhsulların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək və keyfiyyətin davamlı təkmilləşdirilməsi üzrə tədbirlər görmək;
• Təmir və profilaktik baxış dövrlərində avadanlıqların texniki sazlığını yoxlamaq və istismara hazırlığını təmin etmək;
• Texnoloji intizama, əməyin mühafizəsi, SƏTƏM, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət olunmasına nəzarət etmək;
• Texniki sənədlərin və hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək;
• Növbəli iş rejiminin təşkilini həyata keçirmək, işçi heyətinin əmək intizamına və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
• Tabeliyində olan əməkdaşların seçilməsi, qiymətləndirilməsi və peşəkar inkişafında iştirak etmək;
• İstehsalat proseslərinin optimallaşdırılması və texniki təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və tətbiq etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər:
• Kənd təsərrüfatı mühəndisliyi, Mexanika mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
• Kənd təsərrüfatı və ya istehsalat sahəsində minimum 7–10 il mühəndislik təcrübəsi;
• Texniki layihələndirmə proqramlarında (AutoCAD, SolidWorks və s.) sərbəst işləmək bacarığı;
• Kənd təsərrüfatı texnikası, istehsalat avadanlıqları və onların iş prinsipləri üzrə dərin biliklər;
• Layihələrin idarə olunması, planlaşdırma və büdcələşdirmə sahəsində praktiki təcrübə;
• İrrigasiya, su təchizatı, torpaqşünaslıq və müvafiq mühəndis sistemləri üzrə biliklər;
• Böyük texniki komandaların idarə olunması və mürəkkəb layihələrin uğurla icrası üzrə təcrübə;
• Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
• Texniki standartlar, SƏTƏM və təhlükəsizlik qaydaları üzrə yüksək səviyyədə bilik;
• Hesabatların hazırlanması, təqdimat və effektiv ünsiyyət bacarıqları;
• Dəyişən iş şəraitinə çevik uyğunlaşma və innovativ yanaşma;
• Peşəkar mühəndislik sertifikatlarının olması üstünlük hesab olunur.
Biz təklif edirik:
• Rəqabətli əməkhaqqı;
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
• Korporativ təlim və inkişaf proqramlarında iştirak imkanı;
• Uzunmüddətli və perspektivli əməkdaşlıq.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.
Yayımlanma: 06.07.2026
Son tarix: 05.08.2026
Vakansiya növü: SADƏ