Ana Səhifə / Vakansiyalar / Baş mühasib

Baş mühasib

Rəvan Commers

Bakı • Bakı

Tamştat 💰 Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol 📅 Təcrübə: Min. 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Baş Mühasib

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • Microsoft Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı; 
  • 1C proqramı və Elektron Hökumət Portalı ilə işləmək təcrübəsi; 
  • Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər; 
  • Mal-material ehtiyatlarının uçotu və hərəkətinin idarə olunması üzrə praktiki təcrübə; 
  • Maliyyə hesabatlarının və balansın hazırlanması bacarığı; 
  • Analitik düşünmə, məsuliyyətlilik və dəqiqlik; 
  • Komandada işləmək və vaxtın səmərəli idarə olunması bacarığı; 
  • Yaş həddi: 30–35. 

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; 
  • Maliyyə və mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi; 
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; 
  • Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunun aparılması; 
  • Mühasibat əməliyyatlarının vaxtında və düzgün şəkildə sistemdə əks etdirilməsini təmin etmək; 
  • Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyanın təşkili və bu prosesdə iştirak etmək; 
  • Daxili mühasibat sistemində maliyyə köçürmələrinin icrası və nəzarəti; 
  • Təchizatçılar və müştərilərlə təsdiqedici sənədlərin əldə olunması və təqdim edilməsi məqsədilə yazışmaların aparılması; 
  • Əməkhaqqının hesablanması və ödəniş prosesinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək; 
  • Mühasibat sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsi; 
  • İş prosesində maliyyə məlumatlarının məxfiliyinin qorunmasını təmin etmək; 
  • Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıq tapşırıqlarını yerinə yetirmək.

 Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini hr@nurgun.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
Vebsayt:


Müraciət Et
Məlumat

Yayımlanma: 30 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar