Ana Səhifə / Vakansiyalar / B2B Satış Mütəxəssisi

B2B Satış Mütəxəssisi

Kartpak

Bakı • Bakı

Tamştat 💰 500 AZN sabit əmək haqqı + bonus sistemi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri
Vakansiya: B2B Satış Mütəxəssisi
Kartpak MMC karton qutu, qablaşdırma və çap məhsulları sahəsində fəaliyyət göstərən komandası üçün nəticəyönümlü və ünsiyyət bacarıqları yüksək olan B2B Satış Mütəxəssisi axtarır.
İş şəraiti:
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: Tam iş günü, 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 500 AZN sabit əmək haqqı + bonus sistemi;
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
Vəzifə öhdəlikləri:
  • Karton qutu, qablaşdırma və çap məhsulları üzrə korporativ müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Potensial müştərilərlə görüşlərin keçirilməsi və kommersiya təkliflərinin hazırlanması;
  • Mövcud müştərilərlə əlaqələrin idarə olunması və yeni əməkdaşlıqların qurulması;
  • Müştəri ehtiyaclarının təhlili və uyğun qablaşdırma həllərinin təqdim edilməsi;
  • Satış planlarının icrası və müəyyən edilmiş hədəflərə nail olunması;
  • Müqavilələrin hazırlanması və sifariş prosesinin koordinasiya edilməsi;
  • Bazar araşdırmalarının aparılması və rəqiblərin fəaliyyətinin təhlili;
  • Satış fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi.     

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Satış texnikaları və müştəri münasibətlərinin idarə olunması sahəsində biliklər;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Komanda ilə və müstəqil işləmək bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini hr.kartpak@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində "B2B Satış Mütəxəssisi" qeyd olunması xahiş olunur.


Şirkət Haqqında
E-poçt
hr.kartpak@gmail.com

Kartpak MMC karton qutu, qablaşdırma və çap məhsulları sahəsində fəaliyyət göstərir. 

Müraciət Et
Məlumat

Yayımlanma: 22.06.2026

Son tarix: 22.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar