Ana Səhifə / Vakansiyalar / Tikinti üzrə layihə rəhbəri

Tikinti üzrə layihə rəhbəri

HumanPro

Bakı • Qarabağ

Tamştat 💰 5000-10000 AZN 📅 Təcrübə: Minimum 5 illik təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Tikinti üzrə layihə rəhbəri

Qarabağ regionunda həyata keçirilən irimiqyaslı tikinti layihəsi üçün yüksək peşəkarlığa və güclü idarəetmə təcrübəsinə malik Layihə Rəhbəri axtarılır.

  • İş yeri: Qarabağ regionu
  • Əməkhaqqı: 5000-10000 AZN və daha yüksək (namizədin peşəkar təcrübəsi və kompetensiyalarına əsasən)
  • Təminat: Yaşayış yeri və gündə 3 dəfə qidalanma

Namizədə əsas tələblər

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsində məhz Layihə Rəhbəri vəzifəsində minimum 5 il iş təcrübəsi (MÜTLƏQDİR);
  • İrimiqyaslı tikinti layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə praktiki təcrübə;
  • Tikinti proseslərinin, layihə büdcəsinin, iş qrafikinin və resursların idarə edilməsi üzrə yüksək peşəkar biliklər;
  • Podratçı və subpodratçı təşkilatların, mühəndis-texniki heyətin və sahə komandalarının effektiv idarə olunması bacarığı;
  • Texniki sənədləşmə, keyfiyyətə nəzarət və tikinti normativləri üzrə dərin biliklər;
  • Güclü liderlik, strateji planlaşdırma və operativ qərarvermə bacarıqları.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti layihəsinin bütün mərhələlərinə ümumi rəhbərliyin həyata keçirilməsi;
  • Layihənin təsdiq edilmiş büdcə, keyfiyyət standartları və icra qrafikinə uyğun tamamlanmasının təmin edilməsi;
  • Tikinti sahəsində bütün mühəndis-texniki və icraçı komandaların fəaliyyətinin koordinasiyası;
  • Podratçıların fəaliyyətinə, material təminatına və işlərin icra keyfiyyətinə nəzarət;
  • Layihə üzrə risklərin idarə edilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Müraciət qaydası:Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində " Layihə Rəhbəri" qeyd eərək cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tikinti sahəsində Layihə Rəhbəri vəzifəsində minimum 5 illik təcrübəsi olan namizədlərin müraciətləri nəzərdən keçiriləcək.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 17 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar