Ana Səhifə / Vakansiyalar / Sobaçı

Sobaçı

Rəmzioğlu Paxlava MMC

Bakı • Bakı

Tamştat 💰 600-800 AZN 📅 Təcrübə: min. 1 il 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
Cins Tələbi
Kişi
İş Təsviri

Vakansiya: Sobaçı

İş şəraiti: 

  • Ünvan: Əhmədli m/st., Məhəmməd Hadi küç. 55;
  • Əmək haqqı: 600–800 AZN;
  • İş saatı: 09:00–17:00;
  • İstirahət günü: Bazar günü;
  • Nahar: Şirkət tərəfindən təmin olunur.

Namizədə tələblər:

  • Bəy namizədlər;
  • Yaş: 22–35;
  • Şirniyyat məhsullarının bişirilməsi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Şəxsi gigiyena, sanitariya və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Diqqətli, çevik və məsuliyyətli olmaq;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Sobaların daim təmiz, işlək və istifadəyə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Sobada bişirilən şirniyyat məhsullarının bişmə prosesini və keyfiyyətini izləmək;
  • Məhsulların müəyyən edilmiş temperatur və bişirmə standartlarına uyğun hazırlanmasını təmin etmək;
  • Temperatur və rütubət rejimlərinə nəzarət etmək;
  • Avadanlıqların fasiləsiz və düzgün işləməsini təmin etmək;
  • Avadanlıq və inventarın təmizliyinə, düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək;
  • İstehsal zamanı məhsul itkisi və tullantıların minimuma endirilməsinə diqqət yetirmək;
  • İş gününün sonunda sobaların təhlükəsizlik qaydalarına uyğun şəkildə söndürülməsini təmin etmək.

Müraciət qaydası:

Maraqlanan namizədlər 055 208 58 95 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.

Şirkət Haqqında
E-poçt
hr@ramzioglu.az
Telefon
+994 55 208 58 95

Rəmzioğlu Paxlava MMC 2005-ci ildən un məmulatlarının istehsalı sahəsində fəaliyyətə başlayıb. 2013-cü ildən etibarən isə fəaliyyətini paxlava istehsalı və satışı istiqamətində genişləndirərək milli və türk paxlavalarının hazırlanmasına fokuslanıb.

Şirkət paxlava istehsalında qədim hazırlanma ənənələrini qorumaqla yanaşı, müasir yanaşma və texnologiyaları da tətbiq edir. Bu istiqamətdə yerli mütəxəssislərlə yanaşı, Türkiyənin paxlava mərkəzi hesab olunan Gaziantepdən olan peşəkar ustalarla əməkdaşlıq edib.

Ənənəvi türk paxlavasının hazırlanma üsullarını daha dərindən öyrənmək məqsədilə Gaziantepdə əldə olunan təcrübələr şirkətin istehsal prosesinə tətbiq edilib.

Hazırda Rəmzioğlu Paxlava MMC müasir istehsal texnologiyalarını ənənəvi reseptlərlə birləşdirərək milli və türk paxlavalarını özünəməxsus dad və yüksək keyfiyyətlə təqdim edir.

Müraciət Et
Məlumat

Yayımlanma: 12 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar