Ana Səhifə / Vakansiyalar / Sex rəisi

Sex rəisi

Xırman MMC

Bakı • Binəqədi yolu 100.

Tamştat 💰 Müsahibə əsasında təyin ediləcək 📅 Təcrübə: Minimum 3-5 il iş təcrübəsi 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Sex rəisi

Yaxın zamanda fəaliyyətə başlayacaq yeni kolbasa istehsalı müəssisəmizə peşəkar, təcrübəli və idarəçilik bacarığına malik Sex Rəisi axtarılır.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük;
  • Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcək;
  • Nahar: Şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Binəqədi yolu 100.

Vəzifə öhdəlikləri:

  • Kolbasa istehsalı prosesinin idarə olunması və nəzarətdə saxlanılması;
  • İstehsalatın texnoloji proseslərinin düzgün qurulması və icrasına nəzarət;
  • İstehsalat planının hazırlanması və yerinə yetirilməsinin təmin edilməsi;
  • İstehsalat işçilərinin iş bölgüsünün aparılması və kollektivin idarə olunması;
  • Xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər bütün mərhələlərə nəzarət;
  • Məhsulun keyfiyyətinə, dadına, görünüşünə və standartlara uyğunluğuna nəzarət;
  • Xammal və istehsalat materiallarının səmərəli istifadəsinin təmin edilməsi;
  • İstehsalat avadanlıqlarının düzgün istismarına nəzarət;
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının təmin edilməsi;
  • İstehsalatda məhsuldarlığın artırılması və itkilərin minimuma endirilməsi;
  • Rəhbərliyə mütəmadi istehsalat hesabatlarının təqdim edilməsi.

Namizədə tələblər:

  • Kolbasa və ət məhsulları istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Sex rəisi və ya istehsalat rəhbəri vəzifəsində iş təcrübəsi mütləqdir;
  • Kolbasa istehsalının texnologiyasını, reseptura və istehsal mərhələlərini yaxşı bilmək;
  • Ət xammalı, əlavələr və istehsalat prosesləri haqqında praktiki biliklər;
  • İstehsalat avadanlıqları ilə işləmək və onların iş prinsipini bilmək;
  • Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
  • Operativ qərarvermə, məsuliyyət və yüksək təşkilatçılıq qabiliyyəti;
  • Rus dili biliyi mütləqdir (istehsalat üzrə rusdilli texnoloqla birbaşa ünsiyyət qurmaq).

Müraciət qaydası:Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sex rəisi” qeyd etməklə ayten.rehimli@xirman.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 055 253 13 64


Şirkət Haqqında

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 19 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar