Ana Səhifə / Vakansiyalar / Satış və Biznesin İnkişafı Koordinator

Satış və Biznesin İnkişafı Koordinator

Nəsrəddin Tusi Elm Akademiyası

Bakı • Bakı şəhəri, Falez Plaza

Tamştat 💰 Müsahibə əsasında, namizədin təcrübə və biliklərin 📅 Təcrübə: 3-5 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

SATIŞ VƏ BİZNESİN İNKİŞAFI KOORDİNATORU

Nəsrəddin Tusi Elm Akademiyası Satış və Biznesin İnkişafı Koordinatoru vəzifəsi üzrə əməkdaş axtarır.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında, namizədin təcrübə və biliklərinə uyğun təyin olunacaq
  • İş qrafiki: I–V günlər, 09:00 -18:00
  • İş yeri: Bakı şəhəri, Falez Plaza

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi əməliyyat büdcəsinin idarə edilməsi və daxili koordinatorların fəaliyyətinə nəzarət
  • İstiqamətlərarası iş qrafiklərinin koordinasiya edilməsi və yaranan uyğunsuzluqların həlli
  • Düşərgə qeydiyyatları və Agora proqramlarına yazılma proseslərinin idarə edilməsi
  • Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və yeni tərəfdaş məktəblərin cəlb edilməsi
  • Yeni korporativ tərəfdaşların və müştərilərin axtarılması
  • B2B satış və biznesin inkişafı proseslərinin idarə edilməsi
  • Tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi
  • Qeydiyyat, gəlir və əməliyyatların icra vəziyyəti üzrə aylıq analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Namizədə tələblər:

  • Biznesin inkişafı, B2B satış və ya əməliyyatların idarə edilməsi sahəsində 3-5 il iş təcrübəsi
  • Komanda idarəetməsi, büdcə planlaması və strateji hesabatlıq bacarığı
  • Korporativ danışıqlar aparmaq və yeni tərəfdaşlıqlar qurmaq bacarığı
  • Maliyyə və hissə-hissə ödəniş alətləri, həmçinin CRM sistemləri ilə işləmək təcrübəsi
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı
  • Rus və ingilis dilləri üzrə yaxşı bilik
  • Təhsil, düşərgə və ya layihə idarəçiliyi sahəsində təcrübə üstünlükdür

Müraciət üçün CV-lərinizi aşağıda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: tusiscienceacademy@gmail.com Əlaqə: +994 70 303 30 55

Qeyd: CV göndərərkən e-mailin mövzu hissəsində “Satış və Biznesin İnkişafı Koordinatoru” yazmağınız xahiş olunur.

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 3 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar