Ana Səhifə / Vakansiyalar / Satış meneceri

Satış meneceri

Rəmzioğlu Paxlava MMC

Bakı • Bakı

Tamştat 💰 560–1000 AZN (560 AZN net + bonus) 📅 Təcrübə: iş təcrübəsi olan namizədlərə üstünlük verilir 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan, Rus
Cins Tələbi
Qadın
İş Təsviri

Vakansiya:  Satış məsləhətçisi

Şirkət: Rəmzioğlu Paxlava MMC 

İş şəraiti:

  • İş qrafiki: 2 növbəli – 09:00–17:00 və 14:00–22:00;
  • Hər iki növbədə işləmək tələb olunur;
  • İstirahət günü: Həftədə 1 gün (istənilən gün);
  • Əmək haqqı: 560–1000 AZN (560 AZN net + bonus);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Şirkət əməkdaşları üçün xüsusi endirim və üstünlük imkanları.
  • İş yeri: Sahil metrosu

Vəzifə öhdəlikləri:

  • Müştərilərə yüksək səviyyədə və peşəkar xidmət göstərmək;
  • Məhsulların xüsusiyyətləri və qiymətləri barədə ətraflı məlumat vermək;
  • Məhsulların vitrində düzgün və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək;
  • Müştərilərə məhsul seçimində dəstək olmaq və tövsiyələr vermək;
  • Məhsulların yararlılıq müddətinə nəzarət etmək;
  • Kassa əməliyyatlarını düzgün həyata keçirmək və pul vəsaitlərinin qorunmasını təmin etmək.

Namizədə tələblər:

  • Yaş: 22–35;
  • Yalnız xanım namizədlər;
  • Rus dili mütləqdir;
  • Satıcı vəzifəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Müştəriyönümlü və komandada işləmə bacarığı.

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini aşağıdakı əlaqə vasitələri ilə göndərə bilərlər:

WhatsApp: +994 55 208 58 95

E-mail: hr@ramzioglu.az

Şirkət Haqqında
E-poçt
hr@ramzioglu.az
Telefon
+994 55 208 58 95

Rəmzioğlu Paxlava MMC 2005-ci ildən un məmulatlarının istehsalı sahəsində fəaliyyətə başlayıb. 2013-cü ildən etibarən isə fəaliyyətini paxlava istehsalı və satışı istiqamətində genişləndirərək milli və türk paxlavalarının hazırlanmasına fokuslanıb.

Şirkət paxlava istehsalında qədim hazırlanma ənənələrini qorumaqla yanaşı, müasir yanaşma və texnologiyaları da tətbiq edir. Bu istiqamətdə yerli mütəxəssislərlə yanaşı, Türkiyənin paxlava mərkəzi hesab olunan Gaziantepdən olan peşəkar ustalarla əməkdaşlıq edib.

Ənənəvi türk paxlavasının hazırlanma üsullarını daha dərindən öyrənmək məqsədilə Gaziantepdə əldə olunan təcrübələr şirkətin istehsal prosesinə tətbiq edilib.

Hazırda Rəmzioğlu Paxlava MMC müasir istehsal texnologiyalarını ənənəvi reseptlərlə birləşdirərək milli və türk paxlavalarını özünəməxsus dad və yüksək keyfiyyətlə təqdim edir.

Müraciət Et
Məlumat

Yayımlanma: 27 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar