Ana Səhifə / Vakansiyalar / SATICI-BARİSTA

SATICI-BARİSTA

Rəmzioğlu Paxlava MMC

Bakı • İş yeri 1: Nərimanov m/s, İzəddin Həsənoğlu 53 İş yeri 2: Elmlər m/s

Tamştat 💰 600-1200((bonus və servis daxil) 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

SATICI-BARİSTA

Rəmzioğlu Paxlava MMC Satıcı-Barista vəzifəsinə namizəd axtarır.

İş şəraiti:

  • İş qrafiki: 2 növbəli - 09:00–16:00 və 16:00-23:00Hər iki növbədə işləmək tələb olunur
  • İstirahət günü: həftədə 1 gün
  • Əməkhaqqı: 600-1200 AZN (bonus, servis və çayevoy daxil)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Şirkət əməkdaşları üçün xüsusi endirim və üstünlük imkanları mövcuddur
  • İş yeri 1: Nərimanov m/s, İzəddin Həsənoğlu 53
  • İş yeri 2: Elmlər m/s

Vəzifə öhdəlikləri:

  • Müştərilərə yüksək səviyyədə və peşəkar xidmət göstərmək
  • Kofe, çay və digər isti-soyuq içkiləri standartlara uyğun hazırlamaq
  • Məhsulların vitrində düzgün və səliqəli yerləşdirilməsini təmin etmək
  • Müştərilərə məhsul seçimində dəstək və tövsiyələr vermək
  • Məhsulların yararlılıq müddətinə nəzarət etmək
  • Kassa əməliyyatlarını düzgün həyata keçirmək

Namizədə tələblər:

  • Yaş: 22-35
  • Rus və ingilis dili biliyi üstünlükdür
  • Satıcı və ya barista vəzifəsində iş təcrübəsi üstünlükdür
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı
  • Operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq
  • Müştəriyönümlülük və komandada işləmə bacarığı

Müraciət qaydası: Uyğun namizədlər CV-lərini “Satıcı-Barista” başlığı ilə E-mail: hr@ramzioglu.az və ya WhatsApp: +994 55 208 58 95 vasitəsilə göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
hr@ramzioglu.az
Telefon
+994 55 208 58 95

Rəmzioğlu Paxlava MMC 2005-ci ildən un məmulatlarının istehsalı sahəsində fəaliyyətə başlayıb. 2013-cü ildən etibarən isə fəaliyyətini paxlava istehsalı və satışı istiqamətində genişləndirərək milli və türk paxlavalarının hazırlanmasına fokuslanıb.

Şirkət paxlava istehsalında qədim hazırlanma ənənələrini qorumaqla yanaşı, müasir yanaşma və texnologiyaları da tətbiq edir. Bu istiqamətdə yerli mütəxəssislərlə yanaşı, Türkiyənin paxlava mərkəzi hesab olunan Gaziantepdən olan peşəkar ustalarla əməkdaşlıq edib.

Ənənəvi türk paxlavasının hazırlanma üsullarını daha dərindən öyrənmək məqsədilə Gaziantepdə əldə olunan təcrübələr şirkətin istehsal prosesinə tətbiq edilib.

Hazırda Rəmzioğlu Paxlava MMC müasir istehsal texnologiyalarını ənənəvi reseptlərlə birləşdirərək milli və türk paxlavalarını özünəməxsus dad və yüksək keyfiyyətlə təqdim edir.

Müraciət Et
Məlumat

Yayımlanma: 17 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar