Əmək haqqı: 1200 -1300 AZN (təcrübə və biliklərə əsasən müəyyən ediləcək)
Vəzifə öhdəlikləri
Şirkətin brend kimliyinə uyğun korporativ və rəqəmsal dizaynların hazırlanması;
Sosial media paylaşımları, veb-bannerlər, e-mail kampaniyaları və çap materialları (broşür, flayer, kataloq, billboard və s.) üçün dizaynların hazırlanması;
Marketinq kampaniyaları üçün kreativ konseptlərin və vizual həllərin hazırlanması;
Brend standartlarına uyğun vizual materialların yaradılması və inkişaf etdirilməsi;
UI/UX prinsiplərini nəzərə alaraq veb və mobil interfeyslər üçün dizayn elementlərinin hazırlanması (üstünlükdür);
Motion dizayn və animasiya layihələrinin hazırlanmasında iştirak etmək;
Brandbook, rəng palitrası, tipoqrafiya və digər vizual identifikasiya materiallarının hazırlanması;
Foto və video materialların ilkin emalı və dizayn layihələrinə uyğunlaşdırılması;
Tapşırıqların müəyyən olunmuş vaxt çərçivəsində və keyfiyyət standartlarına uyğun təhvil verilməsi.
Namizədə tələblər
Qrafik Dizayn, Vizual Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Adobe Creative Cloud proqramlarında (Photoshop, Illustrator, InDesign, After Effects, Premiere Pro və s.) yüksək səviyyədə işləmə bacarığı;
Dizayn prinsipləri, rəng nəzəriyyəsi, kompozisiya və tipoqrafiya üzrə güclü biliklər;
Figma, Adobe XD və digər UI/UX dizayn alətlərindən istifadə bacarığı üstünlükdür;
Kreativ düşüncə, detallara diqqət və məsuliyyətlilik;
Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmə bacarığı;
Portfolio təqdim edilməsi mütləqdir.
Müraciət qaydası: Maraqlanan namizədlərdən xahiş olunur ki, mövzu hissəsində “Qrafik Dizayner (Rəqəmsal Marketinq)” qeyd etməklə CV və portfolio fayllarını cv@humanpro.az elektron poçt ünvanına göndərsinlər.