Ana Səhifə / Vakansiyalar / Qaynaqçı

Qaynaqçı

Xırman MMC

Bakı • Xırman MMC - istehsalat müəssisəsi (Binəqədi rayonu və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir)

Tamştat 💰 700-800 📅 Təcrübə: 2-3 il 🎓 Təhsil: Peşə təhsili
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

QAYNAQÇI

Xırman MMC istehsalat müəssisəsində metal konstruksiyaların hazırlanması, qaynaqlanması və təmiri üzrə təcrübəli Qaynaqçı axtarılır.

İş şəraiti:

  • Əməkhaqqı: 700-800 AZN;
  • İş qrafiki: Həftədə 6 gün;
  • İş yeri: Xırman MMC - istehsalat müəssisəsi (Binəqədi rayonu və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir)
  • Nahar: Şirkət tərəfindən təmin olunur.

Vəzifə öhdəlikləri:

  • Zavodun istehsalat və texniki sahələrində qaynaq işlərinin yerinə yetirilməsi;
  • Texniki çertyoj və ölçülərə uyğun metal konstruksiyaların hazırlanması və qaynaqlanması;
  • Müxtəlif mövqelərdə (üfüqi, şaquli, 45° və s.) qaynaq işlərinin aparılması;
  • Metal konstruksiyaların və avadanlıqların təmir və bərpası;
  • Qaynaq və kəsmə işlərində təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • İş avadanlıqlarının və iş sahəsinin səliqəli saxlanılması;
  • Rəhbərliyin tapşırıqlarına uyğun texniki işlərin icrası.

Namizədə tələblər:

  • Qaynaqçı kimi 2-3 il iş təcrübəsi;
  • Müvafiq peşə təhsili və ya sertifikat;
  • Müxtəlif qaynaq üsulları və avadanlıqları üzrə bilik;
  • Metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıq;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
  • Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı.

Müraciət

  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qaynaqçı” qeyd etməklə ayten.rehimli@xirman.az elektron poçt ünvanına göndərə bilərlər. 
  • Əlaqə: 055 253 13 64

Şirkət Haqqında

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 19 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar