Vakansiya: Pafumeriya üzrə Satış Təmsilçisi(Xanım namizəd)
Şirkət: Dore Group MMC
İş şəraiti:
- Ərazi: Bakı şəhəri;
- Əmək haqqı: 1000 AZN+;
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00.
Əsas vəzifələr:
- Satış ərazisi üzrə sifarişlərin toplanması və satış prosesinin idarə olunması;
- Satışların gündəlik analizi və rəhbərə hesabatların təqdim edilməsi;
- Satış nöqtələrində məhsul stoklarına və inventara nəzarət;
- Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsinin təmin edilməsi;
- Problemli satış nöqtələrində yaranan məsələlərin həlli;
- Geri qaytarılan məhsulların sistemə işlənməsi;
- Yeni satış nöqtələrinin müəyyən edilməsi və əməkdaşlığın qurulması;
- Müştərilərlə ödəniş şərtlərinin müzakirəsi;
- Kampaniyalar və məhsullar barədə müştərilərə məlumat verilməsi;
- Müştərilərlə müqavilələrin bağlanması prosesinin təşkili;
- Daimi müştərilərlə satışların genişləndirilməsi üzrə danışıqların aparılması;
- Merçendayzer komandası ilə koordinasiyanın təmin edilməsi;
- Görülən işlər və yaranan problemlər barədə rəhbərin məlumatlandırılması.
Namizədə tələblər:
- Qadın namizəd;
- Yaş: 20–35;
- Şəxsi avtomobil mütləqdir;
- Pafumeriya və kosmetika sahəsində minimum 1 il iş təcrübəsi;
- Rus dilini səlis bilmək;
- MS Office bilikləri;
- Dürüst və məsuliyyətli yanaşma;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
Şirkət tərəfindən:
- Yanacaq xərcləri qarşılanır;
- Avtomobil üçün amortizasiya ödənişi qarşılanır.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Pafumeriya üzrə Satış Təmsilçisi” hr@doregroup.az mail adressinə göndərə bilərlər.
.