Ana Səhifə / Vakansiyalar / NƏQLİYYAT KOORDİNATORU

NƏQLİYYAT KOORDİNATORU

Seylab

Bakı • Bakı şəhəri, Binəqədi rayonu, İbrahim Paşa Dadaşov küçəsi 68B (Azadlıq m/st yaxınlığı)

Tamştat 💰 1200-1500 AZN(təcrübəyə əsasən) 📅 Təcrübə: Minimum 3 il iş təcrübəsi 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

NƏQLİYYAT KOORDİNATORU 

SEYLAB şirkəti nəqliyyat proseslərini idarə edəcək təcrübəli koordinator axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: 1200-1500 AZN (təcrübəyə əsasən)
  • İş qrafiki: Həftədə 6 gün, 08:30–19:00
  • İstirahət günü: Bazar
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, İbrahim Paşa Dadaşov küçəsi 68B (Azadlıq m/st yaxınlığı)

Vəzifə öhdəlikləri:

  • Gündəlik sifarişlərə uyğun nəqliyyat vasitələrinin bölgüsünü və hərəkətini koordinasiya etmək;
  • GPS sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmək;
  • Sürücü və ekspeditorların davamiyyətinə, iş bölgüsünə və tapşırıqların icrasına nəzarət etmək;
  • Yanacaq sərfiyyatını izləmək və müvafiq sənədləşməni aparmaq;
  • Nəqliyyat vasitələrinin texniki vəziyyətinə, gündəlik yoxlanışına və təmiz saxlanılmasına nəzarət etmək;
  • Nəqliyyat vasitələrinin icbari və KASKO sığortalarının müddətlərini izləmək;
  • Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələri və müvafiq dövlət qurumlarından daxil olan sorğuları nəzarətdə saxlamaq;
  • Nəqliyyat vasitələrinin parklanmasını və elektron izləmə sistemlərində qeydiyyatını təmin etmək;
  • Nəqliyyat fəaliyyətinə dair gündəlik hesabatlar hazırlamaq

Namizədə tələblər:

  • Bəy namizəd;
  • Yaş həddi: 30-45 yaş;
  • Nəqliyyat və logistika sahəsində minimum 3 il iş təcrübəsi;
  • Bakı şəhərini və əsas nəqliyyat marşrutlarını yaxşı tanımaq;
  • Sürücü heyətinin idarə olunması və iş proseslərinin koordinasiyası üzrə təcrübə;
  • GPS izləmə sistemləri ilə işləmə bacarığı;
  • Nəqliyyat sənədləşməsi, yanacaq sərfiyyatı və sığorta prosesləri haqqında biliklər;
  • Yüksək təşkilatçılıq, məsuliyyət və operativ qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və işçi heyətini idarə etmək bacarığı.

Müraciət üçün:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Nəqliyyat koordinatoru” qeyd etməklə hr@seylab.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında

“Seylab su”şirkəti 2017 ci ildən fəaliyyət göstərir. Xammal şəklində istifadə etdiyimiz suyun mənbəyi Xaçmaz rayonundan gələn “Şollar” suyudur. Şirkət istehsalatda yüksək standartlara cavab verən müasir texnalogiya ilə təchiz edilərək müştərilərinə ən keyfiyyətli məhsulu təqdim etməyi hədəfləyir. “Seylab” markasının yaranmasında başlıca məqsəd insanlar üçün faydalı suyu əlçatan etməkdir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 12 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar