Vakansiya: Mühasib
Şirkət: Superstone MMC
İş şəraiti:
- Vəzifə: Mühasib;
- İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə öhdəlikləri:
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarının uçotunun aparılması;
- Alış, satış və kassa sənədlərinin düzgün və vaxtında işlənməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi və bank çıxarışlarının uçota alınması;
- Debitor və kreditor borclarının izlənilməsi və nəzarətdə saxlanılması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin hazırlanması;
- Vergi və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması prosesində iştirak;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və düzgün saxlanılması;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Mühasibat proqramları ilə işləmək bacarığı;
- Mühasibat və maliyyə sənədləri ilə işləmə prinsipləri barədə bilik;
- Məsuliyyətli, dəqiq və diqqətli olmaq;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Qeyd: Sahil qəsəbəsində və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:
Əlaqə: 051 201 21 22
Əlaqələndirici şəxs: Vurğun müəllim