Ana Səhifə / Vakansiyalar / MEP üzrə Keyfiyyətə Nəzarət Mühəndisi (MEP Quality Control Engineer)

MEP üzrə Keyfiyyətə Nəzarət Mühəndisi (MEP Quality Control Engineer)

Akkond Engineering

Bakı • Füzuli rayonu

Tamştat 💰 1400 AZN 📅 Təcrübə: Min. 2 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

MEP üzrə Keyfiyyətə Nəzarət Mühəndisi (MEP Quality Control Engineer)

İş şəraiti:

  • İş yeri: Füzuli
  • Əmək haqqı: 1400 AZN

Qeyd: İşlə bağlı yaşayış, qidalanma, nəqliyyat və digər xərclər şirkət tərəfindən qarşılanır.

Vəzifə öhdəlikləri:

  • MEP (Mexaniki, Elektrik və Santexnika) işlərinin layihə və texniki spesifikasiyalara uyğun icrasına nəzarət etmək;
  • İstifadə olunan materialların keyfiyyətini və standartlara uyğunluğunu yoxlamaq;
  • Quraşdırma işlərinin keyfiyyətini mütəmadi olaraq yoxlamaq və nəzarətdə saxlamaq;
  • İnspeksiya və sınaqların (testlərin) keçirilməsini təşkil etmək, nəticələri qiymətləndirmək;
  • Aşkarlanmış uyğunsuzluqları (NCR) müəyyən etmək və onların aradan qaldırılması prosesini izləmək;
  • Keyfiyyətə nəzarət hesabatları, yoxlama aktları və digər texniki sənədləri hazırlamaq;
  • Podratçı və sifarişçi nümayəndələri ilə effektiv koordinasiyanı təmin etmək;
  • İşlərin yerli tikinti normalarına və beynəlxalq standartlara (ISO, ASHRAE, NFPA, IEC və s.) uyğun icrasına nəzarət etmək.

Tələblər:

  • Mexanika, Elektrik, İnşaat və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil;
  • MEP sistemləri üzrə texniki bilik;
  • Layihə çertyojlarını oxuma bacarığı;
  • AutoCAD proqramından istifadə bacarığı;
  • Keyfiyyətə nəzarət prosedurları və yoxlama metodları üzrə bilik;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • İngilis dili biliyi üstünlük hesab olunur.

Təklif olunur:

  • Böyük tikinti layihəsində çalışma imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
  • Stabil və peşəkar iş mühiti.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "MEP üzrə Keyfiyyətə Nəzarət Mühəndisi" qeyd etməklə zhuseynov@akond.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkət Haqqında
E-poçt
zhuseynov@akond.az
Vebsayt:

Akond şirkəti Azərbaycanda 1997-ci ildən MEP sistemləri (isitmə, soyutma, havalandırma, santexnika, yanğınsöndürmə, elektrik, zəif axım, avtomatlaşdırma sistemləri) üzrə mühəndislik, təchizat, quraşdırma, təmir/servis xidmətləri göstərməkdədir.

Müraciət Et
Məlumat

Yayımlanma: 18.07.2026

Son tarix: 17.08.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar