Ana Səhifə / Vakansiyalar / Marketing direktoru

Marketing direktoru

HumanPro

Bakı • AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 25.

Tamştat 💰 2000-2500 AZN 📅 Təcrübə: İş təcrübəsi mütləqdir 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Marketing direktoru

İş şəraiti

  • Əməkhaqqı: 2000-2500 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq, müsahibənin nəticəsinə əsasən müəyyən edilir);
  • İş yeri: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 25.   

Vəzifə öhdəlikləri                                                                                             

  • Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • “PREDO”, “MİNİ BOSS”, “LA LUNA” və digər brendlərin inkişafı və bazardakı mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlanması;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi, büdcədən istifadənin səmərəliliyinə nəzarət;
  • Rəqəmsal marketinq, sosial şəbəkələr, PR, reklam və digər kommunikasiya istiqamətlərinin əlaqələndirilməsi;
  • Bazar tendensiyalarının, müştəri davranışlarının və rəqiblərin fəaliyyətinin təhlili;
  • Analitik təhlillər əsasında hesabatların və inkişaf təkliflərinin hazırlanması;
  • Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması;
  • Satış şöbəsi, distribyutorlar və pərakəndə şəbəkələrlə əməkdaşlıq, şirkətin kommersiya məqsədlərinə nail olunmasına dəstək;
  • Marketinq komandasının işinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi və nəticələrin qiymətləndirilməsi;
  • Əsas effektivlik göstəricilərinin (KPI) müəyyən edilməsi, nəticələrin monitorinqi və təhlili;
  • Marketinq kampaniyalarının effektivliyinin qiymətləndirilməsi və nəticələrin yaxşılaşdırılması üçün yeni yanaşmaların hazırlanması.

Namizədə tələblər

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Marketinq sahəsində rəhbər vəzifədə iş təcrübəsi (üstünlük FMCG sahəsində təcrübəsi olan namizədlərə verilir);
  • Rəqəmsal marketinq, SMM (sosial media marketinqi), PR (ictimaiyyətlə əlaqələr), reklam və brend menecmenti sahələrində dərin biliklər;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi üzrə təcrübə;
  • Analitik düşünmə qabiliyyəti və marketinq göstəriciləri ilə işləmək bacarığı;
  • Güclü idarəetmə və liderlik bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarını və analitik alətləri (Google Analytics, Meta Business Suite və s.) bilmək.

Şirkət təklif edir:

  • Peşəkar və dinamik iş mühiti;
  • Güclü komanda ilə işləmək və yeni layihələri həyata keçirmək imkanı;
  • Tanınmış yerli brendlər üzərində işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Müraciət üçün :Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini mövzu hissəsində  “Marketinq direktoru” qeyd etməklə  cv@humanpro.az  elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 13 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar