Fəhlə

Xırman MMC

Bakı • Xırman MMC – Binəqədi yolu 100.

Tamştat 💰 600-700 AZN 📅 Təcrübə: İş təcrübəsi arzuolunandır 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

FƏHLƏ

Xırman MMC istehsalat müəssisəsində çalışmaq üçün məsuliyyətli və işgüzar Fəhlə axtarır.

 İş şəraiti:

  • Əməkhaqqı: 600-700 AZN;
  • İş qrafiki: Həftədə 6 gün;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə;
  • Binəqədi və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
  • İş yeri: Xırman MMC -Binəqədi yolu 100.

 Vəzifə öhdəlikləri:

  • Məhsulların yüklənməsi və boşaldılması;
  • Məhsulların əl ilə və ya arabacıq vasitəsilə daşınması;
  • Məhsulların anbarda müvafiq qaydada yerləşdirilməsi və yığılması;
  • İstehsalat rəisinin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi;
  • İş sahəsində səliqə və nizam-intizamın qorunması;
  • İş prosesində təhlükəsizlik qaydalarına riayət edilməsi.

Namizədə tələblər:

  • Cins: Kişi;
  • Yaş həddi: 20-40 yaş;
  • Fiziki işə uyğunluq;
  • İşgüzarlıq və məsuliyyətlilik;
  • Komanda ilə işləmək bacarığı;
  • Nizam-intizamlı və diqqətli olmaq;
  • Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

 Müraciət:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” qeyd etməklə ayten.rehimli@xirman.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 055 253 13 64.



Şirkət Haqqında

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 20 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar