Fəhlə

SQS Group MMC

Bakı • Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 52A

Tamştat 💰 600–900 AZN 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Fəhlə

SQS Group MMC şirkəti Fəhlə vəzifəsi üzrə əməkdaş axtarır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 52A
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatları: 08:00–18:00
  • Əməkhaqqı: 600–900 AZN
  • Sənədləşmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq aparılır.

Namizədə tələblər:

  • Tikinti sahəsində təcrübəli olmaq
  • Laqonda, kəsici, yonucu və deşici alətlərlə işləməyi bacarmaq
  • Dəniz şəraitində işləməyə və rayonlara ezam olunmağa hazır olmaq
  • B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaq
  • Şəhər şəraitində avtomobil idarə etməyi bacarmaq

Müraciət üçün:

CV-nizi e-mailin mövzu hissəsində “Fəhlə” qeyd etməklə info@sqs-group.az ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət Haqqında
E-poçt
info@sqs-group.az

 “SQS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdən birini tutur. Şirkətimizin yaranma məqsədi Azərbaycanda yerli və xarici mütəxəssislərin hər tərəfli təcrübəsindən istifadə edərək Azərbaycan sənaye sahəsində müasir idarəetmə metodları, elm və texnikanın ən son naliyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir şirkətin yaradılmasıdır. Sənaye sahələrində təcrübəli, yüksək ixtisaslı ekspertlər komandası tərəfindən formalaşdırılmış, müasir idarəetmə bacarıqlarına malik çevik və mobil bir struktur yaradılmışdır. Şirkət Xəzəryanı bölgələr, Asiya, Afrika və Avropa ölkələrində aparıcı subyektlərdən birinə çevrilməklə beynəlxalq miqyasda tanınmağı qarşısına məqsəd qoymuşdur. “SQS-GROUP” MMC bütün əmək kollektivinin səylərini birləşdirmək, texnika və texnologiyanın ən son nailiyyətlərin tətbiq etmək, təchizatların düzgün seçimini təşkil etmək və fərdi yanaşma üsulu ilə müştərilərin ehtiyaclarını tam təmin etmək üçün onlarla birgə iş apamaqla qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir. Beynəlxalq standartlara, sənaye sahələrinin tənzimlənməsi, müştəri tələbləri və digər tələblərə uyğunluğu dəqiq təmin etməklə, şirkət yerinə yetirilən işlərin keyfiyyətinə xüsusi nəzarət edir, təhlükəsizlik və ətraf mühitin qorunmasına müntəzəm olaraq diqqət göstərilir.

Müraciət Et
Məlumat

Yayımlanma: 8 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar